Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Güclü leysan yağışları Gürcüstanda yenidən ciddi problemlər yaradıb

Güclü leysan yağışları Gürcüstanda yenidən ciddi problemlər yaradıb

19.07.2026 [17:19]

Güclü leysan yağışları Gürcüstanda yenidən ciddi problemlər yaradıb. Bu dəfə ən böyük ziyan İmereti bölgəsinə dəyib.

AZƏRTAC xəbər verir ki, Kutaisi-Tskaltubo-Tsageri-Lentexi yolunda, Sakdri körpüsünün yaxınlığında çay məcrasından çıxıb, sel suları yola daşıb, nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti qadağa qoyulub.

Gürcüstan İnfrastruktur Nazirliyinin Yol İdarəsinin məlumatına görə, çayın daşması nəticəsində Kutaisi (Tskaltubo dolama yolu)-Tskaltubo-Tsageri-Lentexi-Lasdili daxili dövlət əhəmiyyətli avtomobil yolunun 98-ci kilometrliyində (Sakdri körpüsünün yaxınlığında) su yol infrastrukturuna ziyan vurub. Yolda torpaq sürüşməsi ehtimalı artıb.

Bildirilir ki, təhlükəsizlik səbəbi ilə sözügedən hissədə bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib.

Paylaş:
Baxılıb: 101 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31