Suriya Vaşinqtonda İraq ilə Kərkük-Bəniyas neft kəmərinin bərpasına dair memorandum imzalayıb
20.07.2026 [18:35]
Suriya ABŞ-də keçirilən görüşlər çərçivəsində Kərkük-Bəniyas xam neft boru kəmərinin bərpası və yenidən işə salınmasına dair İraq və beynəlxalq şirkətlər konsorsiumu ilə iki anlaşma memorandumu imzalayıb.
AZƏRTAC Suriyanın rəsmi SANA agentliyinə istinadla xəbər verir ki, sənədlər regionun ən vacib neft nəqliyyatı əlaqələrindən birini bərpa etmək və enerji sektorunda əməkdaşlığı gücləndirmək istiqamətində strateji addımdır. Memorandumları Suriya Neft Şirkətinin baş icraçı direktoru Yusif Qəbləvi, İraq tərəfini təmsil edən Bəsrə Neft Şirkətinin baş icraçı direktoru Bəsim Əbdül Kərim Nasir imzalayıblar.
Kərkük-Bəniyas boru kəmərinin bərpasını əhatə edən müqavilə İraq Baş nazirinin, ABŞ-nin enerji katibinin və bir neçə yüksək vəzifəli şəxsin iştirakı ilə imzalanıb. Bu addım infrastrukturun inkişafını dəstəkləmək, habelə Suriya ilə İraq arasında investisiya və iqtisadi inteqrasiya üçün yeni imkanlar açmaq məqsədi daşıyır.
Suriya, həmçinin “Chevron”, “UCC Holding” və “TI Capital” şirkətlərindən ibarət beynəlxalq konsorsiumla ikinci memorandum imzalayıb. Sənədə əsasən, konsorsium texniki və maliyyə tədqiqatlarının hazırlanmasına başlayacaq, layihə üçün icra çərçivəsi yaradacaq, o cümlədən boru kəmərinin və onunla əlaqəli obyektlərin ən yüksək texniki standartlara uyğun bərpasını təmin edəcək.
Tədqiqatlar beynəlxalq tərəfdaşlıqları və Suriyanın neft və qaz sektoruna yüksək dəyərli investisiyaları təşviq etməklə yanaşı, icra üçün yol açmaq məqsədi daşıyır.
Suriyanın energetika naziri Muhammed əl-Bəşir “X” platformasında bildirib ki, Kərkük-Bəniyas boru kəmərinin bərpası ilə bağlı İraqla bağlanan razılaşma regionun ən vacib neft nəqli marşrutlarından birinin yenidən qurulması istiqamətində strateji addımdır. O, layihənin Suriyanın regionun ehtiyatlarını Aralıq dənizi ilə birləşdirən regional enerji dəhlizi kimi mövqeyini gücləndirəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 23:18
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02

