Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Mercedes-Benz” Çin bazarında satışlarla bağlı gəlir proqnozunu aşağı salıb

“Mercedes-Benz” Çin bazarında satışlarla bağlı gəlir proqnozunu aşağı salıb

28.07.2026 [22:25]

Almaniyanın “Mercedes-Benz” avtomobil istehsalçısı cari ilin ikinci rübündə minik avtomobillərinin satışının ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz azalaraq 417 min 865-ə düşdüyünü açıqlayıb.

AZƏRTAC xəbər verir ki, buna Çində satışların 30 faiz azalması və bu ölkədəki aktivlərin dəyərinin aşağı düşməsi səbəb olub.

Bununla yanaşı, şirkətin elektrik avtomobillərinin satışlarında müsbət dinamika qeydə alınıb. Belə ki, ikinci rübdə 52 min 852 elektrik avtomobil satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 51 faiz çoxdur. Bu artım Avropa bazarında satışların 87 faiz yüksəlməsi hesabına təmin edilib.

Çin bazarında tələbatın zəifləməsini nəzərə alan “Mercedes-Benz”in rəhbərliyi cari il üzrə satış və gəlir proqnozunu aşağı salıb.

Paylaş:
Baxılıb: 120 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Dron müharibələri

29 İyul 09:31  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31