Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yaponiyada zəlzələ nəticəsində 13 nəfər həlak olub

Yaponiyada zəlzələ nəticəsində 13 nəfər həlak olub

29.07.2026 [09:42]

Yaponiyada baş verən güclü zəlzələ nəticəsində azı 13 nəfər həlak olub, çox sayda insan xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş naziri Sanae Takaiçi məlumat verib.

Onun sözlərinə görə, zəlzələ yolların və binaların dağılmasına, yanğınların baş verməsinə və yaşayış evlərinə ciddi ziyan dəyməsinə səbəb olub. Hazırda bütün təcili yardım xidmətləri dağıntılar altında qalan və kömək gözləyən insanların xilas edilməsi üçün səfərbər olunub.

Baş nazir bildirib ki, zəlzələdən zərər çəkən ərazilərdə havanın isti keçməsi xilasetmə işlərini daha da çətinləşdirir. Kumamoto prefekturasında havanın temperaturu 32 dərəcəyə çatır.

Paylaş:
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Dron müharibələri

29 İyul 09:31  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31