Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Böyük Britaniyada quraqlıq kənd təsərrüfatına ciddi ziyan vurub

Böyük Britaniyada quraqlıq kənd təsərrüfatına ciddi ziyan vurub

05.08.2026 [17:49]

Böyük Britaniyada uzun sürən quraqlıqla əlaqədar ölkənin kənd təsərrüfatına ciddi ziyan dəyib.

AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, ölkədə arpa, yulaf və raps istehsalının 2026-cı ildə 19,5 milyon tona düşəcəyi proqnozlaşdırılır. Bu, 2020-ci ildə qeydə alınmış 19,8 milyon tonluq minimum göstəricidən də aşağıdır və 1984-cü ildən bəri aparılan rəsmi statistika tarixində ən zəif nəticə ola bilər.

Mütəxəssislər bildirirlər ki, yağıntının kəskin azalması məhsuldarlığa ciddi təsir göstərib. İngiltərə və Uels son 190 ilin ən quraq iyul ayını yaşayıb. Nəticədə Uelsin bütün ərazisi və İngiltərənin təxminən yarısı quraqlıq vəziyyətinə düşüb. Azalan məhsuldarlıq çörək, pivə, səhər yeməyi taxılları və heyvandarlıq yemi istehsalında istifadə olunan əsas xammalın həcminə də mənfi təsir göstərəcək.

Bu vəziyyət ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Hazırda Böyük Britaniyada istehlak olunan ərzağın təxminən 40 faizi idxal hesabına təmin edilir.

Paylaş:
Baxılıb: 346 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30