Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rusiya Prezidenti: Əmrimlə Kiyevə zərbələr dayandırılıb

Rusiya Prezidenti: Əmrimlə Kiyevə zərbələr dayandırılıb

06.09.2026 [08:54]

Biz rəsmi kanallar - həm kəşfiyyat xidmətləri, həm də Xarici İşlər Nazirliyi vasitəsilə - Kiyevə zərbələrin dayandırılması ilə bağlı müraciətlər aldıq. Mən müvafiq əmri verdim və bu gün gecə yarısından etibarən Kiyevə zərbələr dayandırılıb.

AZƏRTAC Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Ağ Evin xüsusi elçiləri Stiv Vitkov və Cared Kuşnerlə Kremldə keçirdiyi görüşdə danışıb.

“Qeyd etmək istərdim ki, Ukrayna tərəfi Rusiya Federasiyası ərazisinə, o cümlədən Moskvaya hücumlarını əhəmiyyətli dərəcədə azaldıb”, - deyə Putin bildirib.

O qeyd edib ki, Rusiya tərəfi Ukrayna ilə daha geniş atəşkəs barədə razılığa gəlməyib.

“Ukrayna hakimiyyəti üç günlük daha geniş atəşkəs elan edib, lakin biz bu barədə onlarla heç vaxt razılığa gəlməmişik. Amma danışıqlar prosesinin və sizin və bəlkə də sizi müşayiət edənlərin təmsil etdiyi vasitəçilərin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik", - deyə Putin vurğulayıb.

Paylaş:
Baxılıb: 102 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30