Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Zelenski sabiq mətbuat katibinə qarşı sanksiya tətbiq edib

Zelenski sabiq mətbuat katibinə qarşı sanksiya tətbiq edib

14.09.2026 [13:45]

Ukrayna Prezidenti Volodimir Zelenski 2019-2021-ci illərdə onun mətbuat katibi vəzifəsində çalışmış Yuliya Mendelə qarşı sanksiyalar tətbiq edib.

APA xəbər verir ki, məlumata görə, Zelenski sentyabrın 13-də Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını qüvvəyə mindirən fərman imzalayıb.

Mendel Ukrayna və Rusiya vətəndaşlarından ibarət 10 nəfərlik siyahıya daxil edilib. Kiyev bu şəxsləri dezinformasiya və Rusiya təbliğatının yayılmasında, həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini dəstəkləməkdə ittiham edir.

Sanksiyalar çərçivəsində aktivlərin bloklanması, ticarət əməliyyatlarının dayandırılması və kapitalın ölkədən çıxarılmasına qadağa kimi məhdudiyyətlər nəzərdə tutulub.

Sanksiyaların 10 il müddətinə tətbiq ediləcəyi bildirilir.

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30