Yeni reallıqlar yeni imkanlar yaradır
14.09.2026 [13:59]
Sentyabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının XI konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Azərbaycanın mütərəqqi inkişafının avanqard qüvvəsinə çevrilib. Onun sözlərinə görə, YAP Zəngilan rayon təşkilatı hesabat dövründə öz ideoloji-siyasi fəaliyyətini, o cümlədən ərazi partiya təşkilatları ilə əlaqələri genişləndirib və əhalinin müxtəlif təbəqələrini əhatə edən silsilə tədbirlər həyata keçirib.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dinamik inkişaf edən, beynəlxalq mövqelərini davamlı şəkildə möhkəmləndirən dövlətə çevrilib. Onun sözlərinə görə, Azərbaycanın qazandığı şanlı Zəfərlər nəticəsində ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Bildirilib ki, azad edilmiş ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində genişmiqyaslı quruculuq işləri həyata keçirilir, Zəngilan rayonunda da yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur yaradılır və əhalinin doğma yurda qayıdışı təmin olunur.
Milli Məclisin deputatı İmamverdi İsmayılov isə YAP-ın xalqın inam və etimad ünvanı kimi formalaşdığını diqqətə çatdırıb. O bildirib ki, 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində əldə olunan möhtəşəm qələbələr dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirib. “Azərbaycan xalqı məhz öz Liderinin ətrafında dəmir yumruq kimi birləşərək milli birlik və həmrəylik nümayiş etdirir”, - deyə deputat vurğulayıb.
Çıxış edən partiya veteranları Almas Osmanova və Söhbət Musayev, həmçinin “Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi” ərazi partiya təşkilatının sədri Kənan İmaməliyev Azərbaycanın yeni hədəfləri uğurla reallaşdıracağına əminliklərini ifadə ediblər.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadə isə Cənubi Qafqaz regionunda yeni reallıqların yarandığını, partiya üzvlərinin bu prosesləri diqqətlə izləyərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli olduqlarını diqqətə çatdırıb.
Konfransda YAP Zəngilan rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 22:14
İqtisadiyyat
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02

