Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İsrail ordusu Suriyanın cənubuna artilleriya zərbələri endirib

İsrail ordusu Suriyanın cənubuna artilleriya zərbələri endirib

14.09.2026 [10:25]

İsrail ordusu Suriyanın cənubundakı silahsızlaşdırılmış zonada yerləşən Ayn əl-Şəra və Harbun rayonlarını artilleriya atəşinə tutub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, atəş işğal olunmuş Qolan təpələrindəki İsrail mövqelərindən açılıb. Zərbələr nəticəsində bəzi ərazilərdə yanğınlar baş verib.

Bildirilib ki, Dəməşqdən 55 kilometr cənub-qərbdə yerləşən Beyt Jann şəhəri yaxınlığına da mərmilər düşüb. İsrail qüvvələri Tell Ahmar və Ayn əl-Nuriya kəndlərinə əlavə hərbi qüvvələr göndərib.

Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani İsrailin hərbi əməliyyatlarını pisləyib və İsrail qoşunlarının silahsızlaşdırılmış zonadan çıxarılmasını tələb edib.

Paylaş:
Baxılıb: 45 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30