Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Qarabağ Universitetinə dəstək mexanizmləri genişləndirilir

Qarabağ Universitetinə dəstək mexanizmləri genişləndirilir

21.09.2026 [16:19]

Təhsilin İnkişafı Fondu (TİF), Qarabağ Dirçəliş Fondu (QDF) və Veysəloğlu Şirkətlər Qrupu arasında Qarabağda təhsilin inkişafına dair müzakirə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı işğaldan azad edilmiş ərazilərdə müasir təhsil infrastrukturunun qurulması, Qarabağ Universitetinin strateji inkişafına dəstək göstərilməsi və regionun kadr potensialının gücləndirilməsi istiqamətində birgə addımların atılması diqqət mərkəzində olub. Görüşdə dövlət, özəl sektor və akademik institutlar arasında üçtərəfli tərəfdaşlıq modelinin önəmi vurğulanıb. Universitetdə təhsil alan tələbələr üçün xüsusi təqaüd proqramlarının təsisi, təcrübə imkanlarının yaradılması və birgə sosial proqramların icrası perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün davamında Qarabağ Universitetinə dəstək mexanizmlərinin genişləndirilməsi, birgə təşəbbüslərin miqyasının artırılması və növbəti mərhələdə həyata keçiriləcək konkret fəaliyyət istiqamətləri müzakirə olunub.

Sonda Qarabağ Universitetinə dəstək məqsədilə Təhsilin İnkişafı Fondu ilə Veysəloğlu Şirkətlər Qrupu arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. İmzalanan müqavilə çərçivəsində göstəriləcək dəstək Qarabağ Universitetinin inkişafına, tələbələr üçün daha əlverişli imkanların yaradılmasına və universitetin təhsil potensialının gücləndirilməsinə töhfə verəcək.

Xatırladaq ki, 2025-ci il iyunun 2-də Xankəndi şəhərində keçirilən “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Qarabağ Dirçəliş Fondu ilə Təhsilin İnkişafı Fondu arasında Anlaşma Memorandumu imzalanıb. Razılaşmaya əsasən, “Qarabağ Təqaüd Proqramı” çərçivəsində 2025–2026-cı akademik ili üzrə Qarabağ Universitetində təhsil alan 50 tələbəyə təqaüd dəstəyi göstərilir.

Paylaş:
Baxılıb: 147 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Neft ucuzlaşır

21 Sentyabr 10:47

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30