/ / Mərkəzi Elmi Kitabxanada “Prezident İlham Əliyevin dövlətçilik strategiyasında Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin təminatı” mövzusunda lektoriya keçirilib
Mərkəzi Elmi Kitabxanada “Prezident İlham Əliyevin dövlətçilik strategiyasında Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin təminatı” mövzusunda lektoriya keçirilib
21.09.2026 [16:41]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 20 Sentyabr - Dövlət Suverenliyi Gününə həsr olunmuş “Prezident İlham Əliyevin dövlətçilik strategiyasında Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin təminatı” mövzusunda lektoriya keçirilib.
Lektoriya çərçivəsində 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar olaraq kitab sərgisinə baxış keçirilib.
Mərkəzi Elmi Kitabxana və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Lektoriyanı giriş sözü ilə açan MEK-in direktoru Hüseyn Hüseynov 20 Sentyabr - Dövlət Suverenliyi Gününün Azərbaycan dövlətçiliyi tarixində əhəmiyyətindən danışıb. O, Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm nəticələr verdiyini diqqətə çatdırıb. Milli dövlətçilik ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılmasının elmi və mədəni müəssisələrin qarşısında mühüm vəzifələr qoyduğunu diqqətə çatdıran direktor, MEK-də mütəmadi olaraq keçirilən lektoriyaların Azərbaycan dövlətçilik tarixinin, milli-mədəni irsin və elmi resursların təbliğində mühüm istiqamətlərdən biri olduğunu bildirib.
Daha sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək Azərbaycanın bugünkü uğurlarının və qələbələrinin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin dayandığını qeyd edib. O, Azərbaycanın müstəqillik tarixinin ən təlatümlü dövrlərindən olan XX əsrin 90-cı illərindən və həmin dövrdə ölkənin qarşılaşdığı siyasi və ictimai çətinliklərdən, müstəqilliyin qorunması və möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardan danışıb. Bəxtiyar Nəbiyev çıxışı zamanı 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın qabaqcıl ölkələr sırasına çıxmasına, davamlı və dinamik inkişafa nail olmaqla bölgədə yüksək nüfuz sahibinə çevrilməsinə də diqqət yetirib. “Əsrin müqaviləsi”nin Azərbaycanın iqtisadi və siyasi gücünün formalaşmasında mühüm rolundan bəhs edən natiq, həmçinin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsindən sonra əldə olunan tarixi Zəfərə və 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsinə diqqət çəkib.
Lektoriyada məruzə ilə çıxış edən AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələləri, ərazi bütövlüyü və dövlət suverenliyi məsələləri barədə geniş məlumat verib. Alim çıxışında bildirib ki, 20 sentyabr tarixi bir tərəfdən, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın müstəqil neft strategiyasının əsasının qoyulması, digər tərəfdən isə dövlət suverenliyimizin bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olan “Əsrin müqaviləsi”nin əhəmiyyətindən geniş bəhs edən tarixçi qeyd edib ki, bu yalnız böyük neft sazişi deyil, həm də Azərbaycanın gələcək inkişafının strateji istiqamətlərini müəyyənləşdirən mühüm tarixi hadisədir. Sazişin imzalanması ilə Azərbaycan öz təbii sərvətlərindən milli maraqlarına uyğun istifadə etmək, uzunmüddətli inkişaf strategiyası formalaşdırmaq imkanı əldə edib.
Sonda çıxış edən MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova bildirib ki, 20 Sentyabr yalnız təqvimdə qeyd olunan əlamətdar gün kimi deyil, eyni zamanda xalqımızın uzun illər davam edən mübarizəsinin, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin və milli suverenliyimizin tam bərpasının rəmzidir. Suverenliyinn tam bərpa edilməsi də Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərbi qüdrətinin, ordumuzun peşəkarlığının və həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi kimi tarixə düşüb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səslənidirilib, xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17

