Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

30.09.2026 [15:54]

Yunanıstanın Krit adasında təxminən 8,5 milyon il əvvəl yaşamış kərgədanın fosilləşmiş kəlləsi aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, tapıntı adanın şərqində, Sitia bələdiyyəsinin UNESCO Qlobal Geoparkında Patras Universitetinin alimləri tərəfindən aşkar edilib.

Alimlərin ilkin araşdırmasına görə, kəllə Yuxarı Miosen dövründə yaşamış ikibuynuzlu Dihoplus pikermiensis növünə aid olub. Kəllənin təxminən yarısı qorunub, üzərində heyvanın müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət daşıyan üç yuxarı azı dişi də aşkar edilib.

Tədqiqatçılar hesab edirlər ki, tapıntı təxminən 8-8,5 milyon il əvvəl Kritdə Qərbi Avrasiyaya bənzər quru faunasının mövcud olduğunu göstərir.

Paylaş:
Baxılıb: 164 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31