Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

01.10.2026 [18:14]

Hazırda NATO ölkələri üçün heç bir birbaşa təhlükə yoxdur və Rusiyanın nüvə təhdidləri Ukraynadakı uğursuzluqla bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu fikri NATO-nun Baş katibi Mark Rutte “Euronews” telekanalına müsahibəsində bildirib. O, Alyansın ərazilərinin hazırda birbaşa təhdid altında olmadığını bildirib və əlavə edib ki, Moskva NATO ilə qarşıdurmada qalib gələ bilməz, bu səbəbdən Rusiyanın nüvə təhdidlərini ciddiyə almır.

Baş katib əlavə edib: “Buna hazırıq, bunu qabaqcadan görmüşük. Biz NATO ərazisinin hər qarışını müdafiə edəcəyik. İndi belə bir təhlükə yoxdur və əgər təcavüz baş verərsə, buna qarşı çıxmağa hazırıq. Rusiya NATO-ya qalib gəlmək gücündə deyil”.

Onun açıqlamaları Rusiyanın Kalininqrad eksklavını materikdən ayırmaq cəhdlərinə qarşı NATO-ya xəbərdarlıq məktubu göndərməsi barədə mediada yayılan xəbərlər fonunda səslənib. Moskva nüvə silahları da daxil olmaqla bütün arsenalından istifadə etməyə hazır olduğunu bildirib.

Rutte bu məsələ ilə bağlı vurğulayıb: “Biz müdafiə ittifaqıyıq. Nüvə şantajını dayandırın. Bu, tamamilə lazımsızdır; kömək etmir. Ən əsası, Ukraynadakı müharibəni dayandırın. Bu, Ukraynaya qarşı təxribatçı, təcavüzkar müharibədir”.

O, məktubun məzmununu təsdiqləməkdən imtina edərək, onu ictimaiyyətə açıqlamağın Rusiyanın qərarı olduğunu qeyd edib. Baş katib, həmçinin Baltikyanı ölkələrə qarşı konkret nüvə təhdidi və ya eskalasiya planlarını ciddi qəbul etməyib.

Mark Ruttenin sözlərinə görə, NATO təmkinini qorumalı, Ukraynaya dəstəyini davam etdirməli və müdafiə investisiyalarını artırmalıdır. “Lazım gələrsə, əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Amma əsas məsələ odur ki, bütün bunlar Ukraynadakı müharibənin Rusiya üçün pis getməsi səbəbindən baş verir. Moskva bizi bölmək, diqqətimizi Ukraynadan yayındırmaq istəyir”, -deyə Baş katib Rutte bildirib.

Paylaş:
Baxılıb: 71 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31