ABŞ-da mediaya siyasi təzyiqlər gücləndirilir
15.07.2014 [09:54]
Söz və media azadlıqları ilə bağlı bir çox dövlətlərə irad tutan ABŞ-ın özü bu sahədə başqalarına örnək ola bilməz
Məlum olduğu kimi, bu gün bir çox dövlətləri demokratik prinsiplərə əməl etməməkdə, insan hüquq və azadlıqlarını yetərincə qorumamaqda ittiham edən ölkələrin özləri bu sahədə heç də başqalarına örnək sayıla biləcək səviyyədə deyillər. Bu gün Qərb demokratiyasının öncülləri sayılan dövlətlərdə bəzi hallarda seçkilərin keçirilməsində, polisin vətəndaşlarla davranışında, söz və media azadlığının təmin olunmasında, irqindən, dinindən asılı olmayaraq hər kəsin hüquqlarının qorunmasında hətta yeni demokratik ölkələrdə yaşanmayan ciddi qüsurların şahidi olmaq mümkündür.
Beləliklə, istər hüquqi, istərsə də mənəvi baxımdan, heç bir dövlətin birtərəfli qaydada başqalarına irad tutmaq, göstəriş vermək haqqı, səlahiyyəti yoxdur. Lakin dünya təcrübəsindən də aydın görünür ki, qlobal miqyasda ağalıq, hökmranlıq etmək iddiasında olan bəzi dövlətlər öz neoimperialist məqsədlərini reallaşdırmaq üçün demokratiya prinsiplərindən vasitə kimi yararlanmağa çalışırlar.
Bu üsuldan geniş istifadə edən ölkələrdən biri də ABŞ-dır. Vaşinqton öz maraqlarına uyğun olaraq müxtəlif hökumətləri mütəmadi olaraq, söz və mətbuat azadlığı prinsipinə əməl etməməkdə günahlandırır. Lakin ABŞ rəhbərliyinin jurnalist fəaliyyətinin müstəqilliyinə münasibətdə səmimiliyi kifayət qədər şübhə doğurur. Çünki belə olmasa idi, federal hökumət, ilk növbədə, ABŞ-ın özündə medianın fəaliyyətinə tam azad şərait yaradar, bununla da bütün dünyaya, irad tutduğu ölkələrə örnək ola bilərdi. Lakin görünən odur ki, ABŞ belə bir nümunə funksiyasını yerinə yetirməkdən çox uzaqdır.
Belə ki, bu günlərdə “Washington Examiner” onlayn qəzetinin yaydığı məlumata əsasən, ABŞ-ın peşəkar jurnalist təşkilatları ölkədə mətbuata təzyiqlərin göstərilməsi, jurnalistlərin fəaliyyətinə maneələrin yaradılması ilə bağlı prezident Barak Obamaya şikayət məktubu göndəriblər. Məktubu ABŞ Peşəkar Jurnalistlər Cəmiyyəti, Milli Mətbuat Fondu, Milli Qəzet Assosiasiyası, Milli Mətbuat Fotoqrafları Assosiasiyası, Regional Müxbirlər Assosiasiyası, Sərhədsiz Müxbirlər Təşkilatı kimi yüzlərlə və bəlkə də, minlərlə jurnalisti əhatə edən 38 iri media təşkilatının rəhbər şəxsləri imzalayıblar.
Məktubda məmurların jurnalistlərlə təmaslarının məhdudluğu, media orqanlarına siyasi təzyiqlərin göstərilməsi, hökuməti tənqid edən jurnalistlərin “qara siyahı”lara salınması kimi problemlərə toxunulur.
Əslində, jurnalistlərin qeyd olunan şikayəti və məktubda göstərdikləri problemlər heç də təəccüb doğurmur. Çünki ABŞ-da jurnalistlərə göstərilən təzyiqlərlə bağlı kifayət qədər faktlar məlumdur. Burada jurnalistlər, media nümayəndələri dövlətin nəzarəti altında fəaliyyət göstərirlər. Ötən il bir sıra aparıcı media qurumlarının, eləcə də, “Associated Press” agentliyinin telefon danışıqlarının mətnləri barədə göstəricilərin dövlət qurumları tərəfindən gizli yollarla ələ keçirildiyi məlum olub. Həmçinin, jurnalistlərin onlayn fəaliyyəti də ciddi izlənilir. Hökumətin fəaliyyətini tənqid edən media orqanları siyasi motivli təzyiq və məhdudiyyətləri daha aydın hiss edirlər.
ABŞ rəhbərliyinin media üzərində nəzarəti heç də yalnız bu ölkədəki jurnalistlərlə məhdudlaşmır. Vaşinqtonun başqa dövlətləri təzyiq altında saxlamaq siyasəti bəzən həmin ölkələrin jurnalistlərinin də fəaliyyətinin, hətta azadlığının məhdudlaşdırılması ilə nəticələnir. Məsələn, ABŞ mediasında məqalələrlə çıxış edən yəmənli bir jurnalist Birləşmiş Ştatların bu ölkədə terrorçuları məhv etmək məqsədilə həyata keçirdiyi bombardmanlarda ölənlərin çoxunun qadın və uşaqlar olduğunu xəbər verməsindən sonra Əl-Qaidə ilə əməkdaşlıqda ittiham edilərək 2011-ci ildə ölkəsində həbs olunub. Məlumatlara görə, ölkənin o zamankı rəhbərliyi sonradan jurnalisti azad etmək qərarına gəlsə də, ABŞ prezidentinin Yəmənin keçmiş prezidenti ilə telefon danışığından sonra bu qərar ləğv olunub. Bu, ondan xəbər verir ki, ABŞ bəzən özünün imkanlarından nəinki ayrı-ayrı dövlətlərin rəhbərliyini, hətta media nümayəndələrini belə təzyiq altında saxlamaq üçün istifadə edir. Belə olan halda, ABŞ rəhbərliyinin başqa ölkələrə demokratiya və insan hüquqlarının qorunması ilə bağlı irad tutması və göstərişlər verməsi ictimaiyyətdə etiraz doğurur.
Qeyd edək ki, məsələyə münasibət bildirən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib ki, internetin, sosial şəbəkələrin mövcud olduğu indiki dövrdə, hər bir insanın, vətəndaşın öz fikrini rahat şəkildə izhar etdiyi bir vaxtda söz və ifadə azadlığının məhdudlaşdırılmasından söhbət gedə bilməz: “Şübhəsiz ki, ABŞ-ın özündə böyük qəzetlər, korporasiyalar ayrı-ayrı şirkətlərin və hökumətə bağlı hansısa qurumların siyasətinə tabedir. Onların fəaliyyətində müəyyən məhdudiyyətlər ortaya çıxır. Belə həssas nöqtələri hər yerdə tapmaq mümkündür. Hesab edirəm ki, Azərbaycanda KİV-lərin fəaliyyəti ilə bağlı bu yöndə tənqidi fikirlərin səsləndirilməsi ədalətsizlikdir”.
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı isə sözügedən məktubun ABŞ-da mətbuat azadlığının pozulduğunu göstərdiyini deyib: “Bu fakt bir daha təsdiq edir ki, ölkələrə söz və demokratiya azadlıqları, insan hüquqları ilə bağlı “dərs keçən” ABŞ-ın özündə ciddi problemlər mövcuddur. Lakin Vaşinqton mütəmadi olaraq başqa dövlətlərin daxili siyasətinə müdaxiləyə cəhd göstərir. ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının durumu ilə bağlı hər il hesabat hazırlamasını da bu cür qəbul edirəm. Heç kim ABŞ-a hansısa ölkənin daxili problemlərinə bu cür münasibət bildirmək səlahiyyətini verməyib. ABŞ-ın öz daxilində insan azadlıqları ilə bağlı problemləri olduğu halda, başqa ölkələrin daxili siyasətinə müdaxilə etməsi doğru yanaşma deyil”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

