Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakıda mağazada saxta içkilər aşkarlanıb

Bakıda mağazada saxta içkilər aşkarlanıb

28.08.2026 [22:19]

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, ev 112 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Elxan Cəlal oğlu Hüseynova məxsus alkoqollu içkilərin satışı mağazasında plandankənar yoxlama keçirilib.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı ticarət obyektində qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, aşkar saxtalaşdırılma əlamətləri olan 5 ədəd 1 litrlik, 25 ədəd 0,7 litrlik “OНЕГИН” əmtəə nişanlı və 5 ədəd 0,5 litrlik, 9 ədəd 0,7 litrlik “МЪНСКЪ” əmtəə nişanlı alkoqollu içki aşkarlanıb.

Faktla bağlı inzibati protokol tərtib olunub, sözügedən alkoqollu içkilərin satışı qadağan edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31