BRİCS: yeni qlobal gücmü?
25.07.2014 [10:05]
Braziliyanın kurort şəhərlərinin birində, bəlkə də, dünya siyasətində köklü dəyişikliklərin əsasını qoyacaq bir sammit keçirildi. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası dövlət başçıları altıncı dəfə bir yerə toplaşdılar. BRİCS adlanan təşkilatın dünya siyasətindəki rolunu artırmaq istiqamətində müzakirələr apardılar. Uzun sürən danışıqlardan sonra yeni inkişaf bankının yaradılması haqqında razılığa gəlindi. İştirakçılar müasir aktual geosiyasi məsələlərə də diqqət yetirdilər. Mütəxəssislər BRİCS-in bu sammitinin qlobal miqyasda gedən iqtisadi, maliyyə, siyasi və geosiyasi proseslərə necə təsir edəcəyi ilə bağlı proqnozlar verirlər. Burada bir sıra ziddiyyətlərə də diqqət çəkirlər.
Altıncı görüş: geosiyasət, yaxud iqtisadiyyat?
BRİCS-in Braziliyadakı toplantısına müəyyən mənada dönüş nöqtəsi kimi baxırdılar. Ekspertlər dünya maliyyə mühitində ciddi dəyişikliklərin olacağını proqnozlaşdırırdılar. Tədbir ərəfəsi təbliğat xarakterli fikirlər də KİV-də yer aldı. Məsələn, Rusiyanın regional deyil, qlobal güc olduğunu Amerikaya sübut etməyə hazırlaşdığı haqqında yazılırdı. Lakin Braziliyanın Fortaleze kurort şəhərində BRİCS-in 6-cı sammiti bir qədər fərqli proseslərlə xarakterizə olundu.
Hər şeydən əvvəl onu deyək ki, tədbir iştirakçıları yeni inkişaf bankının yaradılması haqqında razılığa gəliblər. Bu, daha çox Rusiya Prezidenti Vladimir Putinin fəallığı nəticəsində mümkün olub. Gələcək bankın başlanğıc valyuta ehtiyatının 50 milyard ABŞ dolları olması nəzərdə tutulur. Maliyyə ehtiyatı isə 100 milyard dollar olmalıdır. Bunun 41 milyardını Çin verməlidir. Qalan məbləğ Rusiya, Braziliya, Hindistan və CAR arasında bölünür. Aydındır ki, bu məsələdə söz sahibi Pekin olmalıdır. Ekspertlər də məsələnin bu tərəfinə diqqət yetirirlər.
Bir sıra təhlilçilər BRİCS üzvlərinin Beynəlxalq Valyuta Fondundan (BVF) “küsdüklərinə” görə yeni inkişaf bankı yaratdıqlarını deyirlər. Məsələ ondan ibarətdir ki, 2013-cü il sentyabrın 5-6-da “G20”nin Sankt-Peterburq sammitində BVF-də kvotaların dəyişilməsi haqqında razılıq əldə edilmişdi. BRİCS üzvlərinin payı 14,18% artmalı idi. Lakin ABŞ bu dəyişikliyin baş tutmasına mane olur.
Braziliyalı iqtisadçı Liya Vals Pereyra hesab edir ki, bununla bir neçə inkişaf edən ölkə ABŞ-a mövcud vəziyyəti dəyişməyin mümkün olduğunu nümayiş etdirir. Onlar dünya iqtisadi-maliyyə sistemində daha çox rol oynamaq niyyətindədirlər. Deməli, BRİCS üzvləri bank yaratmaq ideyasında geosiyasi maraq da güdürlər. Məsələnin bu tərəfi, əslində, çox maraqlı görünür.
BRİCS ABŞ və Avropanı qlobal maliyyə sistemindəki aparıcı rolundan məhrum etmək fikrindədir. Buna müəyyən əsasları da vardır. Belə ki, Çin 2016-cı ildə dünyanın ən böyük iqtisadiyyatı olmaq niyyətindədir. Hindistan da sürətlə inkişaf edir və 2050-ci ildə ABŞ-ı ikinci yerdən sıxışdıra bilər.
Lakin BRİCS üzvlərinin problemləri az deyil. CAR-da ümumi daxili məhsulun artım tempi zəifdir. Braziliyada büdcə çatışmazlığı kəskinləşib. Orada iqtisadi inkişaf tempi aşağı düşüb. Rusiya iqtisadiyyatında bu il artım 0,5% gözlənirsə, Çin üçün bu rəqəm ən pis halda 7% olmalıdır. Qərb ekspertləri bu təşkilata daxil olan ölkələrin arasında daha çox fərqlərin olduğu qənaətindədirlər.
Dünya İqtisadiyyatı İnstitutunun (Kil, Almaniya) vitse-prezidenti Rolf Langhammer “Deutsche Welle” portalına verdiyi müsahibədə bildirib: “Hindistan inkişaf edən ölkə olaraq qalır. Şübhəsiz, Rusiya belə bir dövlət deyil. Çinin nəhəng sənaye dövləti olması an məsələsidir. Mən hələlik özüm üçün aydınlaşdıra bilməmişəm ki, bu dövlətləri ümumi məxrəcə necə gətirmək olar”.
Belə çıxır ki, BRİCS-in daxilində birlik yoxdur. Bu təşkilata üzv olan dövlətlər fərqli maraqlar güdürlər. Əsas isə odur ki, onların geosiyasi nüfuzu arasında ciddi uyğunsuzluq vardır. Bir-birindən bu dərəcədə fərqlənən ölkələr necə monolit təşkilat yarada bilərlər?
Təşkilatdaxili və xarici ziddiyyətlər
Məsələn, geosiyasi aspektdə BRİCS üzvləri ortaq mövqe formalaşdıra bilmirlər. Fortaleze sammiti ərəfəsi Braziliyanın xarici işlər naziri Luiz Alberto Figueiredo deyib ki, “BRİCS və Ukrayna fərqli məsələlərdir”. Özü də V.Putin təqribən həmin zamanlarda bəyan etmişdi ki, Braziliya, Çin, Hindistan və CAR-ı Ukrayna böhranından “nəticə çıxarmağa” çağıracaq. Görünür, təşkilat daxilində geosiyasi məsələlərə hələlik çox ehtiyatla yanaşırlar.
Lakin mütəxəssislər hesab edirlər ki, Rusiyanın BRİCS-lə bağlı addımlarında geosiyasi məqam xeyli dərəcədə təsirə malikdir. Burada üç məsələni vurğulamaq olar. Birincisi, V.Putin Rusiyanın regional deyil, qlobal güc olduğunu sübut etmək arzusundadır. İkincisi, Rusiyanın “Böyük səkkizlik”dən çıxarılması onu qeyri-qərb tərəfdaşlarla daha sıx əməkdaşlığa istiqamətləndirdiyini nümayiş etdirir. Üçüncüsü, Moskva Vaşinqton qarşısında yalnız öz simasını qorumur, həm də başqa dövlətlərin maraqları uğrunda mübarizə aparır.
Burada bir paradoks olduğu hiss edilir. Bir tərəfdən, BRİCS-in mövcudluğunda geosiyasi faktor ciddi rol oynayır, digər tərəfdən, bu təşkilatın üzvləri daha çox iqtisadiyyata diqqət yetirirlər. Liderlər bəyan edirlər ki, ən çox razı qaldıqları məqam geosiyasətlə iqtisadiyyatın bir-birindən ayrı tutulmasıdır. Lakin ekspertlər başqa bir tezisi də irəli sürürlər.
Onlar hesab edirlər ki, BRİCS-in formalaşma prosesi yeni səviyyəyə qalxıb. İndi müxtəlif funksiyaları yerinə yetirəcək institutlaşma mərhələsidir. Bu dövrdə əsas meyar BRİCS-in möhkəmliyinin yoxlanmasından ibarətdir.
İddia isə böyükdür - dünyanın yeni geosiyasi ağırlıq mərkəzi olmaq! Bunun son nəticəsi isə qlobal idarəetmədə əsas yer tutmaqdır. BRİCS bu məqamda ABŞ-dan fərqlənmir. O da dünyanı məhdud sayda dairələrin idarə etməsini arzulayır. Yalnız həmin çərçivədə aparıcı olmaq istəyir. Vaşinqtonla fikir ayrılığının mərkəzində bu punkt durur.
Bir məqamı da vurğulamağa ehtiyac duyuruq. BRİCS-in ən potensiallı dövləti Çin, nədənsə, böyük təşəbbüslər etmir. O həm təşkilatda ciddi rol oynamağa çalışır, həm də geosiyasi məsələlərdə bir qədər kölgədə qalır. Real olaraq, Pekin dünyanın yeni geosiyasi güc mərkəzi ola bilər. Buna baxmayaraq, Çin öz iddiasını qabartmır, lakin pərdə arxasında şərtlərini diktə edir. Həmin kontekstdə bir yapon jurnalistin bənzətməsi maraqlıdır. O yazır ki, “Si Sizinpin Çin Putinidir”.
Yuxarıda deyilənlər göstərir ki, BRİCS ciddi surətdə geosiyasi mübarizə meydanına atılmağa hazırlaşır. Hələlik onun üçün əsas məqsəd maliyyə-iqtisadi imkanlarını artırmaqdan ibarətdir. Bu aspektdə ilk addım atılıb. Sonra nələr olacağı haqqında ekspertlər dəqiq proqnoz verməyə çətinlik çəkirlər. Çünki bir sıra geosiyasi məsələlərdə təşkilat üzvləri arasında fikir ayrılığı vardır. Bundan əlavə, BRİCS-ə daxil olan dövlətlərin inkişaf səviyyəsi fərqlidir. Bu məqam istənilən an parçalanmaya səbəb ola bilər.
Bunlarla yanaşı, ABŞ amilini unutmaq olmaz. Vaşinqton, təbii ki, bu prosesləri diqqətlə izləyir. Müəyyən məqamda gedişata müdaxilə etməyə çalışacaq. Digər tərəfdən, müxtəlif regionlarda ixtilaflar baş qaldırır. Heç kim təminat verə bilməz ki, bir müddət sonra Rusiya və ya Çində münaqişələr meydana gəlməsin. Pekinin artıq bir sıra qonşu dövlətlərlə ixtilafları vardır. Onların dərinləşməsi ehtimalı istisna edilmir.
Beləliklə, BRİCS-in qlobal siyasətə gəlişi yeni münaqişə və ixtilaflarla müşayiət oluna bilər. Bu halda kim udan tərəf olacaq? Bunu demək çətindir, lakin indidən bəllidir ki, zərbə sadə xalqa dəyəcək.
Newtimes.az
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38

