Minsk formatı müvəffəqiyyətsizliyə uğrayır: yenidən qarşıdurmanın astanasında
11.12.2014 [10:15]
Ukraynanın şərqindəki münaqişənin nizamlanmasında hələ əvvəldən Minsk formatının zəif olduğu görünürdü. Buna baxmayaraq, o, iki ay ərzində bölgədə müəyyən atəşkəsə nail ola bildi. Amma noyabrın əvvəlində DXR (Donetsk Xalq Respublikası) və LXR-də (Luqansk Xalq Respublikası) keçirilən seçkilər, şərti də olsa, Ukraynanın şərqində atəşkəsi təmin edən Minsk müqaviləsinin iflasına səbəb oldu. Bu isə qaçılmaz olaraq müzakirələrdə ziddiyyətə gətirib çıxarır və Minsk formatı isə, deyəsən, keçirilən seçkilərin sınağına davam gətirmir. Hadisələrin fonunda Donbasda Ukrayna münaqişəsinin nizamlanmasının “Minsk formatı”nı sarsıtmağa və hərbi münaqişəni yeni mərhələyə gətirməyə qadir olan yerli hərbi əməliyyatlar yenidən başladı.
Kiyev mövqeyini sərtləşdirir
Hələ Ukraynadakı parlament seçkilərinə qədər Prezident Poroşenkonun şərqdə baş verən hadisələrə cavab vermək imkanları məhdud idi. Onun başlıca vəzifəsi kəskin şəkildə hərbi səfərbərliyin aparılması və ordunun təminatı problemi sayəsində sosial gərginliyin artmasına səbəb ola biləcək atəşkəsin pozulmasının qarşısını almaq idi. Bundan başqa, təcrübə göstərir ki, Kiyevin silahlılar üzərində hərbi təzyiqi artdıqca Rusiyanın iştirakı ilə onların da hərbi potensialı artır.
Amma seçkilərdən sonra Kiyevin necə olursa olsun atəşkəsi təmin etmək vəzifəsi ortadan qalxdı. Xüsusən, ölkə hakimiyyətində “Pyotr Poroşenko bloku”nun gələcək tərəfdaşları - “Xalq cəbhəsi” və “Özünəkömək” - prezidentlə müqayisədə Rusiyaya qarşı daha kəskin mövqe tuturlar. Bu şərtlər daxilində minimum səviyyədə zəiflik, maksimum səviyyədə isə milli maraqlara xəyanət ittihamları ilə qarşılaşmamaq üçün Poroşenko öz mövqeyini sərtləşdirməli olur. Rəsmi Brüssel də kəskin bəyanatlarla çıxış etdi. Avropa İttifaqının xarici işlər üzrə yeni ali nümayəndəsi Federika Moqerini Rusiyaya qarşı sanksiya rejiminin genişləndirilməsini istisna etmədi. Varşavaya rəsmi səfəri zamanı Moqerini DXR və LXR seçkilərini “qeyri-hüquqi və qeyri-qanuni” adlandırdı. Onun sözlərinə görə, səsvermə vəziyyətin sabitliyə yaxın olmadığını göstərən “çox pis işarədir”.
Vəziyyət gərginləşir
Qondarma DXR və LXR Minsk protokoluna düzəlişlər təklif etmək niyyətindədir. Onlar hesab edirlər ki, bu addım Ukraynanın Donbasın xüsusi statusu və amnistiya barədə qanunları geri çəkməklə protokolu birtərəfli olaraq ləğv etməsi ilə əlaqədar olaraq zəruridir. Yeni razılaşmada xüsusi statusun tətbiq ediləcəyi rayonların sərhədlərinin və yerli özünüidarə orqanlarına seçkilərin tarixinin müəyyənləşdirilməsi təklif olunur.
Bu fonda Rusiya silahlılar vasitəsilə Minsk müqaviləsinə baxış məsələsində təşəbbüskarlığı öz əlində saxlamağa və sentyabr razılığını əvəz edəcək variantı tapmağa çalışır.
“Minsk müqaviləsinin qoyduğu siyasi nizamlama şansını buraxmaq olmaz. Bu, humanitar vəziyyətin daha da pisləşməyəcəyinə və humanitar fəlakətə çevrilməyəcəyinə zəmanət verir”, - deyə Rusiyanın diplomatik dairələri bəyan etdilər. Göründüyü kimi, Minsk müqaviləsinin fəaliyyətinin dayanması artıq Ukraynanın şərqində hərbi vəziyyətin gərginləşməsinə gətirib çıxardı. DXR Kiyevi tankla Donetskətrafı əraziyə hücum etməkdə ittiham etdi. Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasında bəyan etmişdilər ki, təhlükəsizlik qüvvələri silahlıların fəaliyyətinə cavab olaraq bu ərazini atəşə tutublar.
Moskva seçkiləri tanımır
Buna baxmayaraq, Kreml LXR və DXR seçkilərinin nəticələrinin qanuniliyini qəbul etmədi, halbuki, XİN daha əvvəl bunun üçün hər hansı bir maneə görmədiyini iddia edirdi. Rusiya Federasiyasının Prezidentinin köməkçisi Yuri Uşakov bəyan etmişdi ki, Kreml LXR və DXR-də keçirilən seçkilərə hörmətlə yanaşır, lakin nəticələri rəsmi surətdə tanımır. “Rusiyanın rəsmi mövqeyi XİN-in seçkilərin nəticələri barədə qısa, lakin ətraflı bəyanatında ifadə edilmişdi. “Bəyanatda “hörmət edirik” sözü istifadə olunub”, - deyə Uşakov bildirdi. O əlavə etdi ki, “hörmət etmə” və “tanıma” arasında bərabərlik işarəsi qoymaq lazım deyil: “Onlar müxtəlif sözlərdir”. Bu vəziyyət Kremlə seçkilərin nəticəsinin tanınmasının potensial aqibətini anlamağa kömək edir. Həm ABŞ, həm də Aİ xəbərdarlıq edib ki, seçkilərin tanınması özü ilə birlikdə Rusiyaya qarşı yeni sanksiyalar da gətirəcəkdir. Yəqin ki, Kremlin özündə də sonadək səsvermənin nəticələrinin tanınmağa dəyər olub-olmaması barədə vahid fikir yox idi. Bir tərəfdən, separatçıların qanuniləşdirilməsi seçki prosesinin əsas məqsədi idi. Amma digər tərəfdən, bu seçkilərin nə Kiyev, nə də ki Qərb tərəfindən tanınmadığını, həmçinin Rusiya bazarlarındakı vəziyyəti, xüsusilə valyutanın vəziyyətini nəzərə alsaq, Moskva Rusiya əleyhinə yönəldilmiş mümkün yeni sanksiyaların geosiyasi risklərini daha da dərinləşdirməmək qərarına gəldi. Moskvanın Ukraynanın şərqində keçirilən seçkilərin qanuniliyini tanımaqdan faktiki olaraq imtina etdiyi bəyanatının səbəbi elə buradan açıq-aydın görünür.
Amma sanksiya təhlükəsi Ukraynanı özünün geosiyasi təsir sahəsi altında saxlamaq məsələsini Rusiya hökumətinin uzunmüddətli perspektivdə mövcud olması məsələsi kimi qəbul edən Kreml üçün yetərincə maneə sayılmaya bilər. Bu isə o deməkdir ki, bu gün Ukrayna və Rusiya yenidən hərbi qarşıdurmanın astanasındadır.
Elsevər Abdullayev
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

