İranın nüvə proqramı üzrə danışıqlarda ortaq məxrəcə gəlmə cəhdləri
09.07.2015 [09:12]
Məlum olduğu kimi, İranla “altılıq” ölkələri olan ABŞ, Fransa, Böyük Britaniya, Çin, Rusiya və Almaniya arasında İranın nüvə proqramı ilə bağlı davam edən danışıqlarda öncədən planlaşdırıldığı müddətədək, yəni iyun ayının sonuna qədər yekun razılaşmanın əldə olunması baş tutmadı, bu səbəbdən də müddət iyulun 7-dək, daha sonra 10-dək uzadıldı. Aprelin 1-də razılaşmanın ümumi konturları üzrə razılığın əldə olunması danışıqların müsbət yekununa ümidləri artırsa da, tərəflər arasında kəskin fikir ayrılıqlarının mövcudluğu danışıqların sonrakı gedişatında özünü qabarıq göstərdi.
Yəməndə baş qaldıran üsyan, İŞİD-in İraq və Suriyadakı qətliamları, müxtəlif ölkələrdə törətdiyi terror aktları kimi hadisələr dünya mediasının gündəmində ön plana çıxsa da, Qərb siyasi dairələrində İranın nüvə proqramına maraq yüksək səviyyədə qalmaqdadır. ABŞ rəsmiləri məsələni diqqətdə saxladıqlarını nümayiş etdirir, hərbi elita isə İranın nüvə obyektlərinin hərbi yolla məhv edilməsi ssenarilərini irəli sürürlər. Bununla belə, danışıqların Vyanada keçirilən hazırkı raundunda bəzi irəliləyişlərin əldə olunması barədə iştirakçı tərəflərin rəsmilərinin bəyanatları müəyyən ümidlər doğurur.
ABŞ və Rusiya: maraqlardan irəli gələn həmrəylik
İranın nüvə proqramı ilə bağlı diqqəti çəkən məqamlardan biri ABŞ və Rusiyanın bu məsələdə mövqelərinin xeyli dərəcədə üst-üstə düşməsidir. Hər iki ölkə nüvə silahlarının yayılmasına, eləcə də, İranın nüvə silahına sahib olmasına qarşıdır. İranın nüvə silahına malik olması ABŞ-ın Yaxın Şərqdəki münaqişələrə müdaxiləsini daha təhlükəli edir. 2013-cü ilə qədər ABŞ tərəfindən nüvə danışıqlarında iştirak etmiş ekspert Qari Samor isə rəsmi Moskvanın ABŞ-la İran arasında müharibənin baş verməsini istəmədiyini, ABŞ-ı Yaxın Şərq regionuna müdaxilədən mümkün qədər uzaq saxlamağa çalışdığını bildirib (bax: Russia-US ties alive and well at Iran nuclear talks / “CNSNews.com”, 1 iyul 2015).
Digər tərəfdən, bu məsələdə ABŞ Yaxın Şərqdəki başlıca müttəfiqi olan İsrailin təhlükəsizlik maraqlarını nəzərə aldığı üçün İranın nüvə silahı əldə etmək imkanlarının qarşısını almağa çalışır. Rusiya da öz növbəsində, Cənubi Qafqaza qonşu olan İranın nüvə dövləti kimi regionda söz sahibinə çevriləcəyindən ehtiyatlanır. Buna baxmayaraq, İran özünün nüvə proqramının hərbi xarakter daşımadığını, enerji məqsədinə xidmət etdiyini bildirir. Bu istiqamətdə nüvə proqramının həyata keçirilməsində Rusiya İrana xeyli yardım göstərib, birlikdə reaktor inşa edilib və gələcəkdə yeni reaktorların inşası da nəzərdə tutulub. Görünür, hazırda dayandırılan bu əməkdaşlıq Rusiyaya İranın nüvə proqramının gedişatını nəzarətdə saxlamasına imkan verirdi.
Başqa bir tərəfdən, nüvə danışıqları çərçivəsindəki görüşlər ABŞ və Rusiya arasında dialoqa da töhfə verir, Yaxın Şərqdəki digər problemlərin, eləcə də, İŞİD-ə qarşı effektiv mübarizənin aparılması məsələlərinin müzakirəsinə əlavə imkan yaradır.
Rusiya bir tərəfdən ABŞ-İran münasibətlərinin müharibə həddinə çatmasının qarşısını almaqda maraqlıdırsa, digər tərəfdən İranın nüvə proqramı üzrə yekun razılığın əldə olunmasının Rusiya üçün zərərli tərəfi də var. Belə bir razılaşma İran üzərindən iqtisadi sanksiyaların götürülməsi və İran neftinin dünya bazarlarına çıxışının artmasına gətirib çıxaracaq. Bu isə bir tərəfdən, Rusiyaya qarşı sanksiyalara qoşulan ölkələrin şirkətləri üçün əlavə biznes mühitinin əldə olunması, digər tərəfdən neft bazarlarında rəqabətliliyin artması nəticəsində dünyada neftin qiymətinin bir qədər də azalması deməkdir.
ABŞ-ın “B planı” və ya müharibə ehtimalı
ABŞ rəsmiləri İranın nüvə proqramı üzrə fikir ayrılıqlarının sülh yolu ilə tənzimlənməsinə daha çox önəm verdiklərini nümayiş etdirir, lakin hərb variantını da istisna etmədiklərini bildirirlər. Ekspertlər səviyyəsində isə İranın nüvə obyektlərinin bombalanması ehtimalına sanki daha böyük maraq göstərilir.
Nüvə obyektlərini sıradan çıxaracaq effektli silah kimi isə GBU-57 A/B və ya bunker əleyhinə tənzimlənən aviasiya bombası (Massive Ordnance Penetrator - MOP) hesab olunur. ABŞ-ın “Boeing” şirkəti tərəfindən hazırlanan silah yerin 61 metr dərinliyinə qədər irəliləmək, yaxud 19 metr qalınlığındakı beton divarı dəlmək gücündədir. Hərbi ekspertlərin fikrincə, bu silahla İranın nüvə obyektlərinin və sentrifuqalarının məhv edilməsi mümkündür. Lakin bunun üçün bir neçə günlük əməliyyat yetərli olmayacaq. Üstəlik, hücumların uğurlu olacağı təqdirdə nüvə proqramının icrasını ən yaxşı halda 4 il ləngidəcəyi düşünülür. Digər tərəfdən, obyektləri silahla məhv etmək mümkün olsa da, “nou-hau”nu, yaxud nüvə proqramı biliklərini bu yolla aradan qaldırmaq mümkün deyil. Bu məqamlara əsaslanan ekspertlər sanki cəmiyyəti uzunmüddətli müharibəyə hazırlayaraq, əməliyyatların fasilələrlə illər boyu davam etdirilməli olduğunu irəli sürürlər (bax: America’s ‘plan B’ for Iran comes with 2 huge problems / “Business Insider”, 1 iyul 2015). Hesab olunur ki, Rusiya ilə İran arasında “S-300” hava müdafiə sistemlərinin alqı-satqısı baş tutarsa, İran MOP-dan müdafiə olunmaq üçün hava müdafiəsi sistemini daha da təkmilləşdirə bilər. Bu isə hücumlar zamanı ABŞ üçün əlverişli olmayan vəziyyət yaradacaq.
İranın nüvə obyektlərinə ABŞ tərəfindən hücumun təşkil olunacağı təqdirdə bu ölkənin bölgədəki əsas müttəfiqləri olan İsrail və Səudiyyə Ərəbistanının tutacağı mövqe də maraq doğurur. Xüsusən də İsrail İranın nüvə proqramına daha böyük şübhə ilə yanaşaraq, lazım gələrsə, bu məsələdə “təkbaşına hərəkət edəcəyini” çoxdan bəyan edib. Lakin İsrailin yeraltı obyektləri məhv etmək üçün ABŞ qədər əlverişli hərbi texnikaya malik olmadığı bildirilir. Öz növbəsində, Səudiyyə Ərəbistanı da İranın nüvə silahı əldə etməsinə qarşı çıxır, hətta İranın nüvə proqramının tam ləğvini nəzərdə tutmayan razılaşmanın əldə olunacağı təqdirdə özünün nüvə proqramına başlayacağı ilə hədələyir. Güman etmək olar ki, hər iki dövlət hərbi əməliyyatların gerçəkləşdiriləcəyi təqdirdə ABŞ-a yardım etməyə hazırdır. Lakin ABŞ rəhbərliyi hərbi yola əl atmağa tələsmədiyini daim nümayiş etdirir.
Danışıqlara əsas maneə: etimad çatışmazlığı
Nüvə proqramı danışıqlarında tərəflər arasında etimad çatışmazlığı özünü göstərir. İrana qarşı olan etimadsızlıq əsas etibarilə bu ölkənin nüvə proqramının icrasına gizli başlaması, danışıqlar başladıqdan sonra da bəzi gizli obyektlərin ortaya çıxması ilə bağlıdır. Bu səbəbdən də ABŞ və müttəfiqləri İranın nüvə proqramı ilə bağlı gizli heç nəyinin qalmadığına əmin olmağa çalışırlar.
İran isə Qərbin nüvə proqramını bəhanə gətirərək ölkənin hərbi sirlərini öyrənməyə çalışdığını düşünür. Xatırladaq ki, aprelin 1-də imzalanan çərçivə razılaşmasının açıqlanan detallarına əsasən, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) ekspertləri İranın bütün nüvə obyektlərinə nəzarət etməli, nüvənin zənginləşdirilməsində şübhəli bilinən istənilən əraziyə buraxılmalıdırlar (bax: Details of Agreement to Limit Iran’s Nuclear Program / “The New York Times”, 2 aprel 2015). ABŞ-ın şübhələndiyi bəzi ərazilər isə İranın bir sıra hərbi obyektlərini də əhatə edir. Bu səbəbdən də mövqelərin toqquşması özünü göstərir.
Bununla belə, danışıqlarda iştirak edən rəsmilər müəyyən irəliləyişin əldə olunması barədə mesajlar ötürürlər. Danışıqların nəzərdə tutulduğundan uzun müddət davam etməsi isə müzakirələrin gərginliyindən xəbər verir. İstisna deyil ki, mühüm geosiyasi proseslər, o cümlədən, Suriyada və İranın qonşuluğundakı İraqda davam edən konfliktlərin gedişatı da nüvə danışıqlarında yekun nəticəyə təsir göstərəcək.
Newtimes.az
Xəbər lenti
Hamısına baxSosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30

