Ermənistan üçün daha çətin bir il başlayır
08.01.2016 [10:04]
Aram Manukyan: 2015-ci il insanların gələcəyə olan inamının itməsi ilə yaddaqalan oldu
İqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistan üçün daha bir çətin il başlayır. Yerli analitiklər belə hesab edirlər ki, ölkədə mövcud olan istehsal müəssisələrinin əksəriyyətinin fəaliyyətini dayandırması, durmadan artan miqrasiya səviyyəsi, dövlət büdcəsinin hər ötən il daha artıq kəsirlə icra olunması Ermənistanı pis vəziyyətə salıb. Digər tərəfdən, hakimiyyəti zəbt etmiş Serj Sarkisyan rejiminin ölkə vətəndaşlarının rifahının yaxşılaşması istiqamətində konkret addımlar atmaması sadə ermənilərin gələcəyə olan ümidlərinin üstündən qalın xətt çəkmiş olub. İndi erməniləri düşündürən əsas məsələ bioloji varlıqlarını necə qoruyub saxlamaqdan ibarətdir.
Yeri gəlmişkən, Erməni Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan “www.news.am” saytına müsahibəsində 2015-ci ilin Ermənistan üçün heç bir xoş hadisə ilə yaddaqalan olmadığını bildirib. “Nə qədər çalışıram ki, nə isə yada salım, amma alınmır - yada heç bir xoş hadisə düşmür. Ümumiyyətlə götürdükdə isə, ötən il ermənilərin gələcəyə olan ümidlərinin puça çıxması və itirilməsi ilə yaddaqalan oldu”, - deyə müxalifət təmsilçisi vurğulayıb. Deputat müsahibəsində qeyd edib ki, hazırda onu iki əsas məsələ daha çox narahat edir. “Bunlardan birincisi miqrasiya məsələsidir. Əgər 5 il əvvəl ölkədən gedənlərin sayı on minlərlə hesablanırdısa, hazırda bu rəqəm yüz minlərlə ölçülür. Biz hər il maliyyə, insan resursları, təhsil, eləcə də hərbi qüdrət baxımdan sonsuz sayda itkilərə məruz qalırıq. Bu itkiləri isə bərpa etmək çox çətindir”, - deyə A.Manukyan bildirib.
Onun sözlərinə görə, Ermənistan üçün növbəti problemli məsələ isə ölkənin üzləşdiyi iqtisadi çətinliklərdir: “Əgər əvvəllər ölkə iqtisadiyyatındakı itkilər ədədi silsilə ilə artırdısa, hazırda bu artım həndəsi silsilə ilə əvəzlənib. 2016-cı ildə, ilk dəfədir ki, Ermənistanda pensiya, əməkhaqları və müavinətlərdə heç bir artım olmayacaq. Lakin bununla belə, hakimiyyət cari ildə inflyasiyanın qaçılmaz olacağını heç də gizlətmir. Bunun üçün heç baş sındırmağa da dəyməz, açıq-aşkar görünür ki, ermənilər ötən illə müqayisədə 10-15 faiz daha kasıb yaşayacaqlar”.
Deputat daha sonra ötən il erməniləri məyus edən ən önəmli məsələnin 6 dekabrda keçirilən və ölkənin əsas qanununda köklü dəyişiklik edilməsini nəzərdə tutan referendum olduğunu qeyd edib.
“Hakimiyyət saxta referendum keçirməklə ölkənin konstitusiya quruluşunu dəyişmiş oldu. Əgər bunadək insanlarda gələcəyə hansısa ümidlər var idisə, xoş günlər görəcəklərinə inanırdılarsa, referendumun saxtalaşdırılması insanlardakı bu inam hisslərini qırdı, onların gələcəyə olan ümidlərini paramparça etdi”, - deyə deputat vurğulayıb.
Xatırladaq ki, ötən il dekabrın 6-da keçirilən referendumla Ermənistanın konstitusiya quruluşuna ciddi dəyişiklik edilib. Ölkə prezident üsul-idarəli respublikadan parlament respublikasına keçib. Başqa sözlə, prezidentin əsas səlahiyyətləri bundan sonra baş nazirə keçir. Müharibə şəraitində ölkənin ali baş komandanı da baş nazir olacaq. Hökumət başçısını isə parlament üzvləri seçəcək. Daha dəqiq desək, 2017-ci ildə keçiriləcək parlament seçkilərini saxtalaşdırmaqla hazırkı iqtidarda olan Respublikaçılar Partiyası Serj Sarkisyanı ölkənin baş naziri etməyə hazırlaşır. Əgər referendum baş tutmasa idi belə, onun parlament sədri vəzifəsinə seçiləcəyi indidən hazırlanmışdı. Çünki hazırkı parlamentdə hakim partiya proporsional sistem üzrə seçilmiş 90 yerdən 69-na sahib idi. Yerli analitiklər belə hesab edirlər ki, referenduma görə ölkədə majoritar seçki sisteminin ləğv olunması ilə parlamentdəki 41 deputat yerinin əksəriyyətinin iqtidar partiyasına keçəcəyi nəzərdə tutulur. Başqa sözlə, istənilən halda, 2017-ci ildəki parlament seçkisinin nəticələrinin saxtalaşdırılacağı indidən gün kimi aydındır. Belə ki, S.Sarkisyanın prezidentlik müddəti hələ 2018-ci ildə başa çatacaq. Və 2017-2018-ci illər ölkədə keçid dövrü elan olunacaq, keçid hökuməti qurulacaq.
Ekspertlər belə hesab edirlər ki, bundan sonrakı mərhələdə isə Serj Sarkisyanın hakimiyyətdə yenidən zühur etməsi üçün heç bir əngəl qalmayacaq. Və parlament səsverməsi ilə S.Sarkisyan yenidən ölkənin birinci şəxsi - baş nazir postuna gətiriləcək.
Nəzərə alsaq ki, konstitusiyaya edilən dəyişikliklərdən sonra ölkə prezidentinin yalnız simvolik səlahiyyətləri olacaq və Serj Sarkisyan da iki dəfə bu vəzifəni daşıdığı üçün, artıq limiti tükənib, o zaman hakimiyyətin “yuxarıdan inqilab” etməsinin əsl səbəbi aydınlaşır.
Ekspertlərin qənaətinə görə, nəyin bahasına olursa olsun, S.Sarkisyan ölkədəki mövcud kriminal idarəetmə rejimini qorumağa məcbur idi. Çünki məhz bu yolla o, ölkənin birinci şəxsi olaraq ötən on il müddətində sadə ermənilərin başına açdığı oyunlara, - onları necə səfalət içində yaşamağa məhkum etməsi, ölkədə indiyədək görünməmiş həddə çatan miqrasiya, korrupsiya və rüşvətxorluğun artması, hakimiyyətin kriminal üsul-idarəsi və s. kimi məsələlər, - görə ədalət məhkəməsindən canını birtəhər qurtarmış olacaqdı.
O, bu yolda hətta sələfləri - Levon Ter-Petrosyan və Robert Köçəryana belə xəyanət etmiş oldu. Onu hakimiyyətə gətirənləri təkrar ölkə prezidenti olmaq “arzu”larından məhrum etdi. Yerli ekspertlərin fikrincə, ölkənin konstitusiya quruluşunu dəyişmək Serj Sarkisyan üçün belə asan olsa da, bu, hələ hər şeyin bitməsi demək deyil, əksinə, hakimiyyət uğrunda mübarizə bundan sonra daha da qızışacaq.
Yerli ekspertlərin bu proqnozlarının nə qədər real olduğunu isə zaman göstərəcək.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxElm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28

