Rusiya-Türkiyə münasibətləri: qarşıdurma, yoxsa əməkdaşlıq?
08.01.2016 [10:06]
Yaxud Avrasiyada təhlükəsizlik və əməkdaşlıq bu iki ölkənin münasibətlərindən nə dərəcədə asılıdır?
Müasir dünya siyasətinin gələcəyinə təsir edən strateji amillərdən biri regional güc mərkəzləri arasındakı münasibətlərdir. Bu, özünü rəqabət, ziddiyyət, əməkdaşlıq formasında göstərsə də, bəzi hallarda qarşıdurma meyillərinə də rast gəlinir. Məhz son zamanlar Türkiyə-Rusiya cəbhəsində baş verənlər bu qəbildəndir. Müəyyən geosiyasi səbəblərlə əlaqədar olan bu qarşıdurma ekspertlər tərəfindən həm regional, həm də qlobal əməkdaşlığa zidd hal kimi xarakterizə edilir. Çünki siyasi konfrantasiya hər iki ölkə arasındakı iqtisadi münasibətlərə ciddi neqativ təsir etməklə yanaşı, Avrasiyada əməkdaşlığın genişləndirilməsi kontekstində arzuolunmaz haldır.
Siyasi ekspertlər hər iki milli dövlətin qarşıdurma əvəzinə əməkdaşlıq yolunu seçməsini ən məqbul strateji seçim kimi dəyərləndirirlər. Həqiqətən də, XXI əsr qloballaşma şəraitində Türkiyə-Rusiya münasibətləri Avrasiya regionunda əməkdaşlıq və təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edir. Doğrudur, bu iki regional güc mərkəzi inteqrasiya və əməkdaşlıqdan daha çox strateji rəqabət platformasında qarşı-qarşıya gəlirlər. Amma hər halda, iki ölkə arasındakı strateji təmaslar Avrasiya geosiyasi məkanının perspektivi üçün müəyyən nəticələr ortaya qoymaq potensialına malikdir. Bəhs edilən aktorların strateji rəqabətinin nəticələri aydın və proqnozlaşdırılandır. Lakin əsas məsələ Türkiyə ilə Rusiyanın əməkdaşlığının vəd etdiyi mümkün nəticələrdir. Bu nəticələri müəyyənləşdirmək üçünsə hər iki ölkənin geostrateji maraqları, statusu və fəaliyyət mexanizminə ayrıca diqqət yetirmək lazımdır.
Beləliklə, keçmiş SSRİ-nin varisi statusunda çıxış edən Rusiya Avrasiya məkanının böyük bir hissəsinə malik olan regional güc mərkəzi kimi ciddi təsir imkanlarına malik olduğu yeni dünya nizamı formalaşdırmaq istəyir. MDB və Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsilə geosiyasi çətir formalaşdırmağa çalışan Rusiya əlavə institusional mexanizmlərdən istifadə etmək zərurəti qarşısındadır. Bunun üçün isə yeni geosiyasi əməkdaşlıq platformasının formalaşdırılması lazımdır. Bu kontekstdə Türkiyə ilə yeni formatda geosiyasi yaxınlaşmanın zəruriliyi ortaya çıxır. Lakin hələ ki, konfrantasiya meyillərinə rast gəlinir...
Türkiyə isə faktiki olaraq Avrasiyada Qafqaza, Yaxın və Orta Şərqə, eyni zamanda, şimala açılan dəhliz kimi çıxış edir. Bu dövlətin Aralıq dənizi sahilində yerləşməsi və Qara dənizdə söz sahibi olması onun geostrateji əhəmiyyətini yetərincə artırır. Özəlliklə də, XXI əsrin qlobal məsələsi olan enerji təhlükəsizliyi baxımından Türkiyə Qərb - Avropa üçün müstəsna geostrateji əhəmiyyətə malikdir. Xüsusilə, Moskva bu əməkdaşlıq kontekstində gerçəkləşdirilən layihələr vasitəsilə Avropa ölkələrinə qaz nəql etməklə Rusiyanın Avropanın enerji bazarında öz mövqeyini daha da möhkəmləndirməyə çalışır. Digər tərəfdən, Türkiyənin NATO ölkəsi olması faktoru da Rusiya və digər Qərblə strateji rəqabət və mübarizə içində olan ölkələr üçün əhəmiyyət kəsb edir. Xüsusilə də, Rusiya bu kontekstdə NATO-nun Şərqə doğru genişlənmə strategiyasının qarşısını almaq üçün Avropada “sanitar karton” yaratmaq istədiyi üçün prosesləri nəzarətdə saxlamağa, yeni manevr imkanları əldə etməyə çalışır.
Digər bir nüans odur ki, əgər tərəflər konfrantasiyadan əl çəkərək əməkdaşlığa üstünlük verərsə, o zaman bu əməkdaşlıq çərçivəsində regionda mövcud olan münaqişələrin həlli məsələsinin aktuallaşması da gözləniləndir. Hər halda, Rusiya-Türkiyə yaxınlaşmasının həm hər iki ölkənin, həm də Avrasiyanın perspektivi naminə konkret nəticələr verməsi üçün, ilk növbədə, hər iki dövlətin strateji maraqları təmin olunmalıdır.
Azərbaycan ictimaiyyəti də tərəflər arasındakı qarşıdurma və ziddiyyətlərin öz yerini əməkdaşlığa verməsinin tərəfdarıdır. Çünki bu amil, qeyd etdiyimiz kimi, regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə əlavə töhfə olar. Təsadüfi deyil ki, bir müddət öncə Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov KİV-ə açıqlamasında Türkiyə ilə Rusiya arasında gərgin münasibətləri şərh edərkən Azərbaycan cəmiyyətinin Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsindən təəssüfləndiyini və narahat olduğunu bildirmişdi. Türkiyənin bizim üçün qardaş və strateji müttəfiq ölkə olduğunu vurğulayan Əli Əhmədov demişdi ki, Rusiya da Azərbaycanın yaxın qonşusudur, ölkələrimiz arasında hərtərəfli sıx dostluq əlaqələri mövcuddur: “Azərbaycanın həm Türkiyə, həm də Rusiya ilə əlaqələrinin böyük tarixə malik olduğunu ayrıca vurğulamağı lazım bilirəm. Azərbaycana dost ölkələrin arasında qarşıdurmanın yaranmasını və dərinləşməsini arzu etmirik. Biz mümkün qədər tezliklə hər iki ölkə arasında gərginliyin aradan qaldırılmasının tərəfdarıyıq. İnanıram ki, bu, bütün tərəflərin maraqlarına cavab verir, habelə bölgədə xoşagəlməz proseslərin qarşısını almağa xidmət göstərə bilər. Qəti əminliklə demək istəyirəm ki, Azərbaycan tərəfi Türkiyə ilə Rusiya arasında yaranmış arzuolunmaz gərginliyin tezliklə aradan qaldırılması naminə hər iki ölkə ilə dostluq münasibətləri çərçivəsində xidmətlərini təklif etməyə, zəruri addımlar atmağa hazırdır”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Oktyabr 19:32
YAP xəbərləri
30 Oktyabr 19:13
Dünya
30 Oktyabr 17:54
Siyasət
30 Oktyabr 17:53
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:31
YAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53

