Ermənistanda iqtisadi tənəzzül siyasi xaosa transfer olunub
13.01.2016 [09:30]
Vətəndaşlarla hakimiyyət arasındakı uçurum özünü daha çox ictimai-siyasi gərginlikdə göstərir
Həyata keçirdiyi işğalçı siyasətə görə regional təcrid vəziyyətinə düşən Ermənistan beynəlxalq münasibətlər sistemində forpost kimi tanınır, müstəqil daxili və xarici siyasət kursu həyata keçirmir. Belə olan halda, öz xarici siyasət strategiyasında beynəlxalq hüquq normalarını, bərabərhüquqlu əməkdaşlığı əsas götürən milli dövlətlər Ermənistanı beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti kimi qəbul etmirlər. Məhz regional miqyasda baş verən son hadisələr bir müddət öncə Qərb ilə Rusiya arasında manevr etdiyi söylənilən Ermənistanın nəinki müstəqil dövlət olmadığını, hətta hazırkı dönəmdə, sadəcə, hərbi baza, yaxud quberniya səciyyəsi daşıdığını bir daha təsdiqlədi. Son vaxtlar erməni ekspertləri, həmçinin işğalçı ölkənin mediası da Ermənistanın forpost kimi çıxış etdiyini xüsusi olaraq bəyan edirlər. Qeyd edilir ki, bu ölkənin bir müddət öncə Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olması da heç bir əhəmiyyət kəsb etmədi. Əksinə, hakimiyyətin gözləntilərinin sonu geopolitik iflasla nəticələndi. Bütün bu məqamlara toxunan “Tert.am” yazır ki, Ermənistanın xarici siyasəti tamamilə iflasa uğrayıb, manevr imkanları qalmayıb. Mənbədə erməni şərhçi Akop Badalyana istinad edilib və diqqətə çatdırılıb ki, Serj Sarkisyan hakimiyyətinin Ermənistanı sürüklədiyi Avrasiya fəlakətinin nəticələri artıq özünü göstərir. Ermənistanın iş adamlarına üçüncü ölkələrlə birbaşa əlaqələr qurmaq qadağan edilib. İnhisarçıların və oliqarxların parçaladığı Ermənistan biznesinə böyük maneələr yaradılıb.
“Lragir.Armenian” xəbər portalının məlumatında isə bildirilir ki, əvvəllər xaricdən külli miqdarda yardım alan Ermənistan ötən ildən etibarən ondan da məhrum olub: “2016-cı il də bu baxımdan müsbət nəticələr vəd etmir. 5 milyard dollar həcmində xarici borcu qaytarmaq üçün isə xəzinədə vəsait yoxdur”.
Əlbəttə, Ermənistanın regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkə daxilində mövcud olan böhranın dərinləşməsini şərtləndirir. Sirr deyil ki, işğalçı siyasət həyata keçirən, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu Ermənistan ciddi siyasi, iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. Dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər işğalçı ölkədə sosial inqilab çağırışlarının aktuallaşdığını bildirirlər.
Ermənistanın sosial-iqtisadi problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində yaranan problemlər hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradır. Bütün bunları nəzərə alan bir çox ekspertlərin qənaətinə görə, müstəqil siyasət yeritməyən Ermənistanın gələcəyi sual altındadır. “Tert.am” saytı yazır ki, siyasi və iqtisadi tənəzzül ölkənin beynəlxalq aləmdə normal siyasi əlaqələrə malik olmamasından irəli gəlir. Ermənistan bu gün əməkdaşlıq yox, çox hallarda təzyiq obyektinə çevrilib.
Beləliklə, işğalçı ölkədə iqtisadi tənəzzül siyasi xaosu şərtləndirib. Vətəndaşlarla hakimiyyət arasındakı uçurum özünü daha çox ictimai-siyasi gərginlikdə, xüsusilə də etiraz aksiyalarında göstərir.
NURLAN
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

