Almaniya siyasətində Türkiyə amili
30.09.2009 [15:40]
Sentyabrın 27-də Almaniyada keçirimiş parlament seçkilərinin nəticələri ətrafında müzakirələr davam etməkdədir. Dünənki yazımızda da qeyd etdiyimiz kimi, bu nəticələrdən daha çox məyus olan alman sosial-demokratları və Türkiyədir. Alman sosial-demokratları ona görə ki, onlar İkinci Dünya müharibəsindən sonra ən böyük məğlubiyyətlə baş-başa qalıblar. Nəticənin Türkiyəyə təsirinə gəlincə, qardaş ölkənin Avropa İttifaqına (Aİ) üzv qəbul edilməsini dəstəkləməyən Angela Merkelin partiyasının qalib gəlməsi Ankarada soyuq duş effekti yaradıb. Bu barədə bir qədər sonra. İndi isə parlamentə düşən türkəsillilər barədə...
Türkəsilli deputatların sayı yenə 5 oldu
Qeyd edək ki, seçkinin ilkin nəticələri açıqlanarkən Almaniya parlamentindəki türkəsilli deputatların sayının 5-dən 3-ə düşdüyünə dair məlumatlar yayılmışdı. Lakin dünən yeni parlamentdə də türkəsilli deputatların sayının 5 olacağı dəqiqləşib. Türkiyə mətbuatının məlumatlarına əsasən, bunlar ilk dəfə Federal Məclisə girən Yaşıllar Partiyasının Baden-Vürttemberq əyalət siyahısından seçilən vəkil Memet Kılıç, Sosial Demokrat Partiyası (SPD) Hamburq əyalət siyahısından seçilən Aydan özoğuz, Azad Demokrat Partiyasının (FDP) Aşağı Saksoniya əyalət siyahısından namizəd göstərilən Serkan Tören, Yaşıllar Partiyasının Bavariya əyalət siyahısından namizəd olan Ekin Dəligöz və Sol Partiyanın Şimali Ren Vestfalya əyalət siyahısından millət vəkili seçilən Sevim Dağdələndir.
Ən böyük ziyan Türkiyəyə dəyə bilər
Dünənki yazımızda da qeyd etdiyimiz kimi, Angela Merkelin liderliyindəki qüvvələrin qələbəsindən sonra “Türkiyə üçün Aİ üzvlüyü yerinə imtiyazlı ortaqlıq” layihəsinin Berlinin rəsmi siyasəti olması gözlənilir. Elə Almaniyada qurulacaq yeni hökumətə dair analizlərə geniş yer verən xarici mətbuat da Türkiyə məsələsini önə çıxarır. Həmin yazılarda qeyd olunur ki, Türkiyənin Aİ-yə tamhüquqlu üzv olması siyasətini dəstəkləyən sosial-demokratların məğlubiyyəti rəsmi Ankaranı narahat edir. İngiltərədə nəşr edilən “Times” qəzeti də əsas diqqəti bu məsələyə yönəldib: “Almaniyada yeni hökumətin qurulmasından ən çox itirən Türkiyə olacaq. Sosial-demokratlar Türkiyənin Aİ üzvlüyünü tam şəkildə dəstəkləyirdilər. Lakin hazırda sosial-demokratlar müxalifətə keçmək zorunda qalıblar. Və artıq rəsmi Ankara Paris, Berlin və Romadakı hökumətlərlə qarşı-qarşıya gələcək”.
Qeyd edək ki, Almaniyada yeni hökumətin qardaş partiyalar kimi qəbul edilən Xristian Demokrat Birliyi (CDU) və Xristian Sosial Birliyi (CSU) ilə Azad Demokrat Partiyası (FDP) tərəfindən qurulması gözlənilir.
Türkiyə amili yeni koalisiyada fikir ayrılığı yarada bilər?
Yeri gəlmişkən, dünən Türkiyə mətbuatı seçkilərdən sonra Almaniyada qurulacaq hökumətlə bağlı maraqlı məlumat yayıb. Həmin məlumatda deyilir ki, koalisiyada təmsil olunması gözlənilən Azad Demokrat Partiyasından verilən açıqlama Angela Merkeli razı salmayıb. Belə ki, Azad Demokrat Partiyasının sözçüsü Verner Hoyer “Reuters” agentliyinə verdiyi açıqlamada Merkelin Türkiyə üçün irəli sürdüyü imtiyazlı ortaqlıq təklifinin köhnəldiyini deyib: “Türkiyənin Avropa İttifaqına üzvlüyü fikrinə artıq daha çox açığıq və müzakirələr də davam edir”.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

