/ / Azərbaycanı IOAI 2026-da təmsil edəcək gənc süni intellekt tədqiqatçısı – Kənan Kərimzadə ilə müsahibə
Azərbaycanı IOAI 2026-da təmsil edəcək gənc süni intellekt tədqiqatçısı – Kənan Kərimzadə ilə müsahibə
27.07.2026 [10:32]
2022-ci ildən etibarən süni intellekt sahəsində özünü inkişaf etdirən Kənan Kərimzadə qısa müddətdə ölkənin ən perspektivli gənc AI istedadlarından birinə çevrilib. O, "AI Azerbaijan" yarışmasının ölkə üzrə qalibi olub, ADA Universitetinin VII İngilis dili Olimpiadasında və Məktəblərarası Milli Hakatonda uğur qazanıb. Növbəti tədris ilində 11-ci sinfə başlayacaq Kənan 2–8 avqust tarixlərində keçiriləcək Beynəlxalq Süni İntellekt Olimpiadasında (IOAI 2026) Azərbaycanı təmsil edəcək. Onun əsas məqsədi ölkəmizə qızıl medal qazandırmaq və gələcəkdə süni intellekt sahəsində qlobal layihələrə imza atan aparıcı mütəxəssislərdən biri olmaqdır.
Bu müsahibədə Kənan Kərimzadə süni intellektə olan marağından, uğura aparan yolundan, beynəlxalq olimpiadaya hazırlığından və gələcək hədəflərindən danışır.
– "AI Azerbaijan" yarışmasında ölkə üzrə 1-ci yeri tutmaq sizin üçün nə ifadə edir? Bu uğura gedən yol necə keçdi?Bu qalibiyyət mənim üçün illərdir süni intellekt sahəsinə sərf etdiyim yüzlərlə saatlıq əməyin və qazandığım təcrübənin real təsdiqidir. Bu uğura aparan yol kifayət qədər maraqlı idi. Xüsusilə ilkin mövzuları geridə qoyub daha mürəkkəb alqoritmlərə keçəndə çətin və bəzən çaşdırıcı məqamlarla qarşılaşırdım. Ancaq məhz həmin çətinliklər mənə dayanmadan irəliləməyi və öyrənməyə davam etməyi öyrətdi.
– IOAI 2026-da Azərbaycanı təmsil edəcəksiniz. Yarışa hazırlıq prosesiniz necə gedir və əsas hədəfiniz nədir?
Hazırda bir aylıq intensiv hazırlıq mərhələsindəyəm və proses planlaşdırdığım kimi davam edir. Azərbaycanı ilk dəfə bu olimpiadada təmsil etmək böyük məsuliyyətdir və məhz bu məsuliyyət mənə əlavə motivasiya verir. IOAI-da ilk iştirakımız olduğu üçün bu yarış Azərbaycanın beynəlxalq süni intellekt arenasındakı ilk təəssüratını formalaşdıracaq. Əsas məqsədim isə ölkəmizi ən yüksək səviyyədə təmsil edərək qızıl medal qazanmaqdır.
– Süni intellektə marağınız necə yarandı? İlk addımlarınızı necə atmısınız?
Süni intellektə marağım video oyunlarında personajların davranışını və istifadəçilərə təqdim olunan tövsiyə sistemlərinin necə işlədiyini araşdırarkən yarandı. Bu mexanizmlər məni çox maraqlandırdı və onların arxasında duran prinsipləri öyrənməyə başladım. Sonradan isə bu maraq ciddi şəkildə araşdırma və davamına gətirərək bu maneələri aradan qaldırdım. Məncə, müəyyən mərhələdən sonra öyrənmək artıq məcburiyyət deyil, həyat tərzinə təkrarlanan və rutin iş yükünü azaldacaq. Bu isə insanlara daha yaradıcı və strateji məsələlərə fokuslanmaq imkanı verəcək. Eyni zamanda AI kiçik komandaları daha güclü edəcək. Böyük insan resursuna malik olmayanlı öyrənmə prosesinə çevrildi.
– 2022-ci ildən bu sahədə özünüzü inkişaf etdirmək üçün hansı çətinliklərlə qarşılaşmısınız və onları necə aradan qaldırmısınız?
Ən böyük çətinliyim məktəb illərində diqqəti əsas məqsəddən yayındıra biləcək müxtəlif fəaliyyətlər idi. Həmin dövrdə qarşıma qoyduğum uzunmüddətli hədəfi daim xatırlayaraq və davamlı işləməyi vərdiş halına gətirərək bu maneələri aradan qaldırdım. Məncə, müəyyən mərhələdən sonra öyrənmək artıq məcburiyyət deyil, həyat tərzinə çevrilir. Hətta bir müddət sonra oxumamaq, öyrənməkdən daha çətin görünür.
– ADA Universitetinin İngilis dili Olimpiadası və Məktəblərarası Milli Hakatondakı uğurlarınız sizə hansı təcrübələri qazandırdı?
Bu yarışlar mənə fərqli istiqamətlərdə çox dəyərli təcrübə qazandırdı. İngilis dili Olimpiadası beynəlxalq dildə biliklərimi inkişaf etdirməklə yanaşı, dünya üzrə elmi resurslardan daha rahat istifadə etməyimə imkan yaratdı. Milli Hakaton isə məhdud vaxt ərzində düzgün qərarlar vermək, komanda ilə səmərəli işləmək və təzyiq altında məhsuldarlığı qorumaq bacarıqlarımı gücləndirdi.
– Sizcə, süni intellekt yaxın illərdə insanların həyatında ən böyük hansı dəyişiklikləri yaradacaq?
Düşünürəm ki, süni intellekt ilk növbədə insanların üzərindəki təkrarlanan və rutin iş yükünü azaldacaq. Bu isə insanlara daha yaradıcı və strateji məsələlərə fokuslanmaq imkanı verəcək. Eyni zamanda AI kiçik komandaları daha güclü edəcək. Böyük insan resursuna malik olmayan şirkətlər belə süni intellekt vasitəsilə daha böyük layihələr həyata keçirə və daha sürətli qərarlar qəbul edə biləcəklər.
– IOAI kimi nüfuzlu beynəlxalq olimpiadada ən güclü rəqiblərlə yarışmaq sizdə hansı hisslər yaradır?
Bu, mənim üçün həm böyük qürur, həm də həyəcanverici bir təcrübədir. Xüsusilə də ilk dəfə öz sahəmdə beynəlxalq səviyyədə Azərbaycanı təmsil edəcəyim üçün bu yarış mənim üçün xüsusi əhəmiyyət daşıyır. Güclü rəqiblərlə yarışmaq isə özünü inkişaf etdirmək üçün ən yaxşı fürsətlərdən biridir.
– Gələcəkdə süni intellekt sahəsində hansı layihələri həyata keçirmək və ya hansı problemi həll etmək istəyirsiniz?
Son dövrlərdə əsas maraq dairəm "Efficient AI" – yəni süni intellekt modellərinin daha az hesablama resursu ilə işləməsini təmin edən yanaşmalardır. Hesablama gücünə tələbat artdıqca böyük şirkətlər daha səmərəli və optimallaşdırılmış modellərə üstünlük verməyə başlayırlar. Xüsusilə Kiçik Dil Modelləri (SLM) istiqamətini diqqətlə izləyirəm. Gələcəkdə məqsədim yüksək performanslı AI sistemlərini daha əlçatan edən və resurslardan maksimum səmərə ilə istifadə edən texnologiyalar hazırlamaqdır.
– Uğur hekayənizdən ilhamlanan məktəblilərə hansı tövsiyələri vermək istərdiniz?
Ən vacib tövsiyəm odur ki, öyrəndikləri nəzəri bilikləri mümkün qədər tez praktikada tətbiq etsinlər. Tam hazır olduqlarını gözləmək əvəzinə, kiçik layihələr quraraq öyrənməyə davam etmək daha sürətli inkişaf etməyə kömək edir. Bu prinsip təkcə süni intellektə deyil, texnologiyanın bütün sahələrinə aiddir.
– Əgər IOAI 2026-da qızıl medal qazansanız, bu uğurun həm sizin, həm də Azərbaycan üçün əhəmiyyəti nə olacaq?
Şəxsi baxımdan bu medal uzun illərin zəhmətinin və öyrənmə fəlsəfəmin ən yüksək səviyyədə qiymətləndirilməsi olacaq. Ancaq mənim üçün bundan da vacibi Azərbaycanın süni intellekt sahəsində böyük potensiala malik olduğunu nümayiş etdirməkdir. Bəzən belə düşünülür ki, AI sahəsində yalnız ABŞ və Çin kimi böyük ölkələr uğur qazana bilər. Mən isə inanmaq istəyirəm ki, istedad, zəhmət və düzgün hazırlıq sayəsində Azərbaycan da bu sahədə dünyanın ən güclüləri ilə eyni səviyyədə rəqabət apara bilər. Əgər qızıl medal qazanmağa nail olsaq, bu, gələcək nəsil gənclər üçün də güclü motivasiya olacaq.
- Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.
- Sağ olun.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52

