Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Fransanın borclanma faizi son 17 ilin ən yüksək səviyyəsinə çatıb

Fransanın borclanma faizi son 17 ilin ən yüksək səviyyəsinə çatıb

27.07.2026 [21:23]

Fransanın dövlət borclanma faizi 4 faizi keçərək, 2009-cu ildən bəri ilk dəfə bu həddi aşıb. Bu göstərici ölkənin növbəti dövlət istiqrazlarını daha yüksək faizlə yerləşdirməli olacağını göstərir və dövlət maliyyəsi üçün əlavə yük yaradır.

AZƏRTAC xəbər verir ki, mütəxəssislərin fikrincə, dövlət borcunun ölkənin illik iqtisadi məhsulundan yüksək səviyyədə qalması, büdcə kəsirinin artması və siyasi qeyri-sabitlik borclanma xərclərinin yüksəlməsinin əsas səbəbləridir.

Fransada dövlət borcunda xidmət xərclərinin bu il 64 milyard avroya çatacağı gözlənilir. Beləliklə, borcun maliyyələşdirilməsi dövlət büdcəsində təhsil xərclərini geridə qoyaraq, ən böyük xərc maddəsinə çevrilib. Bu vəsait dövlətin cari xərcləri və ya investisiyaları üçün istifadə oluna bilmir.

Borclanma faizlərinin artması vətəndaşlara da təsir göstərə bilər. Çünki Fransanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi adətən sabit faizli ipoteka kreditləri üçün əsas göstəricilərdən biri hesab olunur. Bu səbəbdən yaxın dövrdə mənzil kreditlərinin ucuzlaşması ehtimalı zəif qiymətləndirilir.

Bundan əlavə, Avropa Mərkəzi Bankı hazırda əsas faiz dərəcəsini dəyişməsə də, inflyasiyanın qarşısını almaq məqsədilə payız aylarında onun artırılması ehtimalı da istisna edilmir. Bu isə həm dövlətin, həm də vətəndaşların borclanma xərclərini daha da artıra bilər.

Paylaş:
Baxılıb: 492 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30