Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rəcəb Tayyib Ərdoğan: Türkiyə ali təhsil sahəsində son illərdə böyük uğurlara imza atıb

Rəcəb Tayyib Ərdoğan: Türkiyə ali təhsil sahəsində son illərdə böyük uğurlara imza atıb

24.01.2020 [17:55]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel İstanbul şəhərində yerləşən Türk-Alman Universitetinin yeni binalarının açılış mərasimində iştirak ediblər.
“Anadolu” Agentliyinin verdiyi xəbər görə, A.Merkel açılış mərasimindəki çıxışında deyib ki, Türk-Alman Universiteti Türkyə və Almaniya tərəfdaşlığını simvollaşdırır.
Prezident R.T.Ərdoğan isə çıxışında 10 aprel 2010-cu ildə təsis edilən Türk-Alman Universitetinin fəaliyyəti haqqında məlumat verib, universitetin qısa müddətdə akademik sahədə əməkdaşlığın lokomotivlərindən birinə çevrildiyini diqqətə çatdırıb. İkidilli təhsil verən universitetin 5 fakültə və 2 institutu ilə Türkiyənin nüfuzlu təhsil müəssisələrindən birinə çevrilmək yolunda əmin addımlarla irəlilədiyini qeyd edən R.T.Ərdoğan 2013-cü ildə cəmi 99 olan universitet tələbələrinin sayının 2019-cu ildə 2385-ə çatdığını deyib.
Prezident R.T.Ərdoğan deyib ki, ümumiyyətlə, Türkiyədə təhsil alan əncəbi tələbə sayı 15 mindən 172 minə çatıb. ABŞ, Avstriya, İtaliya, Çin, Koreya, Balkan regionu ölkələri və türk respublikalarından gəlib ölkə universitetlərində ali və doktorluq təhsili aldıqlarını qeyd edən R.T.Ərdoğan Türkiyənin ali təhsil sahəsində son illərdə böyük uğurlara imza atdığını bəyan edib. R.T.Ərdoğan həmçinin ali təhsil sahəsindəki təcrübələrini dost və qardaş ölkələrlə bölüşməyə böyük əhəmiyyət verdiklərini də söyləyib.

Paylaş:
Baxılıb: 825 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Dünya

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31