Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Serj Sarkisyan barədə cinayət işinin materialları məhkəməyə göndərilib

Serj Sarkisyan barədə cinayət işinin materialları məhkəməyə göndərilib

29.01.2020 [15:31]

Ermənistanın keçmiş prezidentinə qarşı açılan cinayət işinə hansı məhkəmənin baxacağı məlum olub. “Sputnik Ermənistan”ın yaydığı xəbərə görə, eks-prezident Serj Sarkisyanın da şübhəli şəxs kimi ittiham edildiyi cinayət işinin materialları artıq məhkəməyə göndərilib. Ermənistan Baş prokurorunun mətbuat katibi Arevik Xaçatryanın xəbər agentliyinə verdiyi məlumata görə, Baş prokurorluq artıq ittiham aktını təsdiqləyib və cinayət işi ilə birlikdə Yerevan şəhər ümumi yurisdiksiya məhkəməsinə təqdim edib.
Xatırladaq ki, ötən ilin sonunda açılan cinayət işinin istintaq materallarına əsasən, Serj Sarkisyan 2013-cü ildə vəzifə səlahiyyətlərindən istifadə edərək yaxın dostu Barseq Beqleryanın "Flash" şirkətinin tenderdə qalib gəlməsinə şərait yaradıb. Nəticədə rəqibindən daha yüksək qiymət təklif etsə də (təxminən 1 milyon ABŞ dolları fərqi ilə), "Flash" şirkəti subsidiya yolu ilə dizel yanacağı verilməsi üzrə tenderi qazanıb. Bununla da dövlətə təxminən 1 milyon dollar ziyan dəyib.
Qeyd edək ki, S.Sarkisyanın ölkəni tərk etməsinə qadağa qoyulan sözügedən cinayət işi ilə bağlı hazırda həbsdə olan keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan, "Flash" şirkətinin sahibi B.Beqlaryan, habelə Samvel Qalstyan və Gevorq Harutyunyan da şübhəli şəxs qismində ittiham edilirlər.

Paylaş:
Baxılıb: 800 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31