Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyə Suriya ilə sərhədinin mühafizəsini gücləndirir

Türkiyə Suriya ilə sərhədinin mühafizəsini gücləndirir

13.02.2020 [15:29]

Türkiyə hökuməti Suriya ilə dövlət sərhədinin mühafizəsinin daha da gücləndirilməsi üçün əlavə tədbirlər həyata keçirir.

AZƏRTAC xəbər verir ki, son bir həftədə Türkiyə Silahlı Qüvvələrinin çox sayda ağır hərbi texnikası bölgəyə göndərilib. Yaxın məsafədəki hədəfləri vurmaq üçün raket kompleksləri, tank və toplar sərhəd bölgələrindəki hərbi hissələrdə yerləşdirilir.

Suriya ərazisindəki idarəolunmaz vəziyyətin böhran həddinə çatması deməyə əsas verir ki, əgər Türkiyə hökuməti bu ölkə ərazisində sərhədboyu rayonlarda antiterror əməliyyatlarına başlamasaydı, indi vəziyyət daha acınacaqlı olacaqdı.
Suriya ərazisindəki terrorçu qruplaşmaların, o cümlədən PKK/PYD birləşmələrinin ağır silahlara sahib olması Türkiyə üçün qəbuledilməz acı gerçəklikdir. Son günlər Suriya rejiminə məxsus birləşmələrin Türkiyənin bu ölkə ərazisindəki patrul müşahidə məntəqələrini atəşə tutması bölgədə yeni qarşıdurma vəziyyəti yaradıb. Ən təhlükəli elementlərdən biri isə Suriyadakı münaqişə bölgələrini tərk edən yerli əhalinin Türkiyə sərhədlərinə üz tutmasıdır. Türkiyə tərəfi bunun qarşısını almağa çalışır.

Paylaş:
Baxılıb: 803 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Dünya

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31