Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Erməni ekspert: Azərbaycan Prezidenti qalib gəldi

Erməni ekspert: Azərbaycan Prezidenti qalib gəldi

19.02.2020 [09:50]

Bu günlərdə Münxendə keçirilən debatda Ermənistan baş nazirinin düşdüyü acınacaqlı vəziyyət erməni mediasında geniş müzakirə olunur. “Tert.am” saytının yazdığına görə, “Alternativ layihələr qrupu”nun üzvü, ekspert Vahe Hovhannisyanın bu barədə verdiyi açıqlamada qeyd edilib ki, erməni cəmiyyəti, o cümlədən Paşinyanın elektoratı baş verənləri başa düşmək istəyir, lakin bu barədə rasional təhlil verilmir. Onun sözlərinə görə, erməni təfəkkürü hələ keçmişdə yaşayır və təhlillərin çox cüzi hissəsi gələcəyə yönəlib.
Azərbaycan Prezidentinin dəmir məntiqi ilə qalib gəldiyini dilə gətirən V.Hovhannisyan bu məğlubiyyətdən sonra Ermənistan baş nazirinin ətrafının susduğunu deyib: “Bu, təkcə Paşinyanın faciəsi deyil. Bu həm də o deməkdir ki, ölkədə siyasi sistem, siyasi düşüncə mövcud deyil, buna görə də bu və digər məsələlərdə böyük bir uğursuzluğun qarşısını almaq üçün zəmanət yoxdur”.

Paylaş:
Baxılıb: 747 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Dünya

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31