Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yaponiya mətbuatı: Prezident İlham Əliyev Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu faktlarla diqqətə çatdırdı

Yaponiya mətbuatı: Prezident İlham Əliyev Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu faktlarla diqqətə çatdırdı

19.02.2020 [09:51]

Yaponiyanın nüfuzlu kütləvi informasiya vasitələri Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda keçirilən panel müzakirələr barədə yazıb. “Kyodo” agentliyi, “Nikkey” qəzeti, “47news”, “Chunichi”, “Shikiku”, “Okinavatimes”, “Nishinippon”, “Tokyo”, “Kyoto” kimi xəbər portallarında dərc edilmiş yazılarda Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti ilə əlaqədar məlumatlar yer alıb. Yazılarda vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi mövzusunu Almaniyanın Münxen şəhərində keçirilən konfrans çərçivəsində ictimaiyyət qarşısında ilk dəfə müzakirə ediblər. Diqqətə çatdırılıb ki, Azərbaycana məxsus olan Dağlıq Qarabağ faktiki olaraq Ermənistanın nəzarəti altındadır. Debat zamanı Prezident İlham Əliyevin Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu faktlarla diqqətə çatdırması xüsusi vurğulanıb. Münaqişənin mərhələli həllini təklif edən Azərbaycan Prezidenti yalnız bundan sonra münasibətlərin normal hal ala biləcəyini diqqətə çatdırıb. Yazılarda Prezident İlham Əliyevin Ermənistan baş nazirinin Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi iştirak etməsi barədə təklifinin heç bir hüquqi və tarixi əsasının olmadığını ifadə etməsi də əksini tapıb.

Paylaş:
Baxılıb: 788 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Dünya

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31