Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyə mediası: Prezident İlham Əliyev Paşinyanı çətin vəziyyətə saldı

Türkiyə mediası: Prezident İlham Əliyev Paşinyanı çətin vəziyyətə saldı

19.02.2020 [10:01]

Türkiyənin aparıcı media orqanları tərəfindən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paneldə keçirilən müzakirələr geniş işıqlandırılıb. Anadolu Agentliyi, “Milliyet” və “Sabah” qəzetləri, “NTV”, “Haber Global” televiziya kanalları və digər nüfuzlu KİV-lərin rəsmi saytlarında yer alan məlumatlarda dövlətimizin başçısının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı N.Paşinyanı fakt qarşısında qoyan fikir və mülahizələri oxuculara çatdırılıb.
Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdiyini, amma bu qətnamələrin tələblərinin hələ də yerinə yetirilmədiyini xatırlatması ilə əlaqədar fikirləri məlumatlarda əksini tapıb. Bəhs olunan kütləvi informasiya vasitələri, həmçinin Azərbaycan ərazisinin iyirmi faizinin Ermənistan tərəfindən işğal altında saxlanılmasından, bir milyondan çox azərbaycanlının öz yurdundan didərgin düşməsindən, Xocalı soyqırımından yazıb.
Türkiyə KİV-ləri Paşinyanın Prezident İlham Əliyev qarşısında çətin vəziyyətdə qaldığını qeyd ediblər. Məlumatlarda, həmçinin Ermənistan baş nazirinin ziddiyyətli, bir-birini təkzib edən ifadələr işlətməsi vurğulanıb.

Paylaş:
Baxılıb: 752 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31