Ermənistanda etiraz aksiyalarının yeni dalğası başlayıb
12.08.2020 [08:49]
İşğalçı ölkədə Paşinyana qarşı ittihamlara diaspordakı ermənilərin tənqidləri də əlavə olunub
Məlum olduğu kimi, son günlər işğalçı Ermənistanda daxili vəziyyət həddindən artıq gərginləşib. Pandemiyanın yaratdığı problemlərin həllində acizlik nümayiş etdirən baş nazir Nikol Paşinyanın fəaliyyətsizliyi işğlçı ölkədə böhranın daha da dərinləşməsinə gətirib çıxarıb. Ölkədə pandemiya ilə əlaqədar vəziyyət isə olduqca acınacaqlıdır. Belə ki, yoluxanlarn sayı artıq 40 min nəfəri, ölənlərin sayı isə 1000 nəfəri ötüb. Üstəlik, ölkə vətəndaşlarının problemlərini həll etmək iqtidarında olmayan indiki hakimiyyət ciddi tənqid atəşinə tutulur.
Livan ermənilərinin hamısının Ermənistana gətirilməsi tələb edilir
Bununla yanaşı, hökumətə qarşı mediada tənqidlər genişlənir, bu və ya digər səbəbdən narazı kütlələr küçələrə çıxır, etraz aksiyası keçirirlər. Belə ki, son günlər “Amulsar” mədəni ətrafında və Livanda baş verən hadisələrə görə parlament və hökumət binası qarşısında aksiyalar keçirilir.
“News.am” saytı yazır ki, Livandan olan bir qrup erməni avqustun 10-da Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirib. “N.Paşinyan guya 2018-ci ildə Ermənistanda demokratiyanın qurulduğunu və birbaşa hökumətlə danışa biləcəyimizi söyləyib. Ancaq indi hökümətin qəbul otağında məktublar qəbul edilmir”, - deyə, aksiya iştirakçılarından biri, “Hayk” millətçi hərəkatının üzvü Hrayr Kostanyan bildirib. Xatırladaq ki, Livan erməniləri və digər hərəkat üzvləri hakimiyyətdən livanlı ermənilərin hamısının Ermənistana gətirilməsini tələb ediblər.
“Amulsar” mədəni ətrafında qalmaqal səngimir
Son günlər “Amulsar” mədəni ətrafında baş verən hadisələrə görə hökumət və parlalment binaları qarşısında keçirilən etiraz aksiyaları da birbaşa N.Paşinyan hədəfə alınıb. “Aysor.am”a müsahibəsində baş nazirin mətbuat katibi Mane Gevorkyan bildirib ki, baş nazir etirazçılarla görüşmək istəmir.
Qeyd edək ki, “Amulsar” mədəninin yenidən istismar edilməsi xəbərlərinə etiraz olaraq yerli sakinlərin və ətraf mühitin mühafizəsi təşkilatlarının aksiyaları artıq bir həftədir ki, davam edir. Vəziyyət “Lydian-Armenia” şirkətinin təhlükəsizlik xidməti əməkdaşları tərəfindən “Amulsar”ın müdafiəçilərinə məxsus vaqonların ərazidən köçürülməsindən sonra daha da gərginləşib. Erməni mediası yazır ki, 2 ildir “Amulsar” yatağında fəaliyyətinə mane yaradılan “Lydian-Armenia” artıq yenidən istismar üçün hazırlıq işlərinə başlayıb.
Yeri gəlmişkən, Polis xidmətinin keçmiş rəisi Vladimir Qasparyan PARA TV-yə müsahibəsində Ermənistanda vəziyyətin olduqca təhlükəli olduğunu deyib. “İnsanlar artıq telefonla danışmaqdan çəkinirlər. Qorxmuş insanlar hakimiyyəti dəstəkləməyəcək”, - deyə Qasparyan bildirib. Onun sözlərinə görə, hazırda dövlətin təhdid altında olduğunu göstərən amillər mövcuddur.
“Paşinyan “Soros” tərəfindən, bəlkə də, şeytanın özü tərəfindən göndərilib”
Yuxarıda qeyd etdiyimiz kimi, təkcə daxildəki deyil, xaricdəki ermənilər də N.Paşinyanın siyasətinə qarşı çıxır. Ona görə ki, N.Paşinyan öz fəaliyyəti ilə diasporla münasibətləri də korlayıb. “Aysor.am”da yer alan məqalədə isə qeyd edilir ki, populist bəyanatlardan başqa rəsmi İrəvanın diasporla iş üzrə heç bir real gündəmi və fəaliyyət proqramı yoxdur.
Təsadüfi deyil ki, Rusiyadakı erməni diasporunun nümayəndələri N.Paşinyanı təhqir dərəcəsində tənqid atəşinə tuturlar. Belə ki, bu yaxınlarda məqalələrlə çıxış edərək Paşinyanın əsl simasını üzə çıxaran “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyandan sonra, onun həyat yoldaşı, rusiyalı kinorejisor Tiqran Keosayan da baş naziri kəskin tənqid edib.
O, Paşinyanın “Soros” tərəfindən, bəlkə də şeytanın özü tərəfindən qlobalizm ideyaları altında xalqın dəyərlərini məhv etmək yönündə fikirləri təbliğ etmək məqsədilə Ermənistana göndərildiyini iddia edib. Rusiyalı kinorejissor Ermənistanın baş nazirinin aqibətinin yaxşı olmayacağı barədə ehtimal da irəli sürüb.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32

