İşğalçı Ermənistan vətəndaş müharibəsi ərəfəsindədir
12.11.2020 [08:54]
Ölkədə fəaliyyət göstərən siyasi qüvvələr hökumətin istefasını və baş nazir N.Paşinyanın cəzalandırılmasını tələb edirlər
Məlum olduğu kimi, Azərbaycanın qarşısında ağır məğlubiyyətə düçar olan işğalçı Ermənistanda xaos hökm sürür. Hazırda Ermənistan 1992-1993 illərdəki Azərbaycanı xatırladır, idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni fəlakətə sürükləyir. Sentyabrın 27-dən başlanmış və noyabrın 10-da başa çatmış hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər. Ermənistan mətbuatının yazdığına görə, işğalçı Ermənistan hazırda vətəndaş müharibəsi ərəfəsindədir. Belə ki, siyasi qüvvələr Paşinyan hökumətinin istefasını tələb edir və bu məqsədlə etiraz aksiyalarını davam etdirirlər.
Qeyd edək ki, baş nazirin harada olması dəqiq bilinməsə də, siyasi partiya liderləri hakimiyyətin dəyişməsinin labüdlüyü barədə həmfikirdirlər. Hətta bəzi partiya sədrləri bunu Ermənistan üçün yeganə çıxış yolu kimi görürlər. “Aysor.am”ın yazdığına görə, “Vətən” partiyasının sədri Artur Vanetsyan ictimai telekanala verdiyi müsahibədə hakim fraksiyadan olan deputatları N.Paşinyanı istefa verməyə məcbur etməyə çağırıb. Onun sözlərinə görə, guya danışıqlar prosesində müzakirəçi dəyişərsə, bu biabırçı sənəddə dəyişiklik etmək mümkün olacaq.
“Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qagik Çarukyan isə “Yerkir Media” telekanalının efirində N.Paşinyanı xalqa xəyanətdə günahlandırıb. Onun sözlərinə görə, Ermənistan tarixinin ən utancverici günlərini yaşayır. Partiya sədri N.Paşinyanın xəyanətə görə cavab verməli olduğunu deyib.
Yeri gəlmişkən, qeyd edək ki, bütün Ermənistan bu günlərdə N.Paşinyan və ailə üzvlərini axtarır. Ölkənin baş naziri belə öz kabinetinə daxil ola bilmir. “Hraparak” qəzeti yazır ki, indiki məqamda onları qəzəbli kütlənin əlinə vermək olmaz, lakin vətəndaşlar baş nazir postunu tutan şəxsin harada olduğunu bilmək hüququna malikdirlər. Qəzet yazır ki, onun son videomesajlarından kifayət qədər aşağı tavanı olan bir otaq olduğu anlaşılır. Qəzet öz mənbəyinə istinadən qeyd edir, N.Paşinyan Müdafiə Nazirliyinin binasındakı bunkerdədir. Ailə üzvlərinə gəlincə, baş nazirin iki qızı - Mariam və Şuşanın təxminən bir həftə əvvəl Ermənistanı tərk edərək Kanadaya getdikləri barədə şayiələr yayılıb. Ancaq baş nazirin həyat yoldaşı Anna Hakopyanın harada olduğu gizli saxlanılır. Hərbi fiaskodan sonra Ermənistanda yüksək çinli məmurların varidatını tələsik ölkədən çıxarması, xarici ölkələrə qaçması, yaxud buna hazırlaşması barədə məlumatlar da artıb.
Qeyd edək ki, Ermənistanda demoqrafik böhran daha da dərinləşib. Minlərlə erməni gəncinin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xaricə miqrasiya axınının daha da artması qarşıdakı illərdə Ermənistanda əhalinin təbii artımını kəskin aşağı salacaq, ölkə insan resurslarını bərpa etmək üçün qeyri-müəyyən müddətə qədər gözləməli olacaq. Eyni zamanda, Ermənistan iqtisadiyyatı tam çöküb, ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb. Xaricdən erməni lobbisi tərəfindən göndərilən vəsaitlərin və yardımın mənimsənilməsi, əhaliyə və orduya çatmaması geniş müzakirə olunur.
Bu arada N.Paşinyan öz bunkerindən “Facebook” səhifəsi vasitəsilə canlı yayıma çıxır. “News.am”ın yazdığına görə, sonuncu çıxışında Ermənistan baş naziri vurğulayıb ki, baş qərargah ona hərbi resurslarla bağlı problemlərin olduğunu məruzə edib. Müdafiə naziri David Tonoyan isə bildirib ki, Qarabağ müharibəsinə son qoymaq barədə razılığın xəyanət kimi qiymətləndirilməsi təhqiramizdir. Onun sözlərinə görə, Ermənistan tərəfi silah və texnika tədarükü baxımından blokada şəraitində olub və müasir silahlara malik Azərbaycan Ordusuna qarşı vuruşub.
Sonda qeyd edək ki, Ermənistan paytaxtında hökumətin əleyhinə etiraz aksiyaları davam edir. “News.am”ın yazdığına görə, mövcud hakimiyyətin bütün cəhdlərinə baxmayaraq, noyabrın 11-də 17 siyasi partiyanın təşkil etdiyi mitinq baş tutub. Mitinqdən əvvəl “Çiçəklənən Ermənistan” partiyasının sədri Q.Çarukyan başda olmaqla bir çox partiya rəhbərləri həbs edilib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37

