Ermənistanda vətəndaş müharibəsi başlaya bilər
22.04.2010 [09:43]
Ermənistandakı ağır iqtisadi durum, hakimiyyətsizlik və xaos artıq kriminal münaqişələrin açıq müstəviyə keçməsinə yol açıb. İşğalçı ölkədəki dözülməz yaşayış səviyyəsi insanları kriminal yollara baş vurmağa məcbur edib. Bu azmış kimi artıq hakimiyyətin ən yüksək təbəqələrində təmsil olunan məmurlar da bir-birləri ilə mübarizədə zor tətbiqinə üstünlük verirlər. Bunun nəticəsidir ki, bir neçə gün öncə Yerevandakı “Crazy Horse” striptiz klubunda iri kriminal “razborka” baş verib. Münasibətlərin ayırd edilməsi üçün baş verən toqquşmada əsasən, Abovyan və Yerevan sakinləri iştirak ediblər. Yayılan məlumatlarda deyilir ki, hesablaşan qruplaşmaların üzvlərinin yaxasında Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın yaratdığı “çiçəklənən Ermənistan” partiyasının nişanları olub.
Hadisə yerində olan şahidlərin erməni KİV-lərinə verdiyi məlumatlara görə, atışmadan sonra polis məsələyə müdaxilə edib və qruplaşmaların üzvləri tərk-silah olunub. Bəlli olub ki, adıçəkilən klub kriminal qrupların toplantı məkanı kimi ad çıxarıb. Münasibətlərin ayırd edilməsinə səbəb isə hansısa ərazi olub. Məlumatlara görə, atışan tərəflər keçmiş dövlət başçısı ilə hazırkı prezidentə yaxın qruplardır. Bu səbəbdən də, hadisə yerindən təfərrüatlı məlumat almaq erməni KİV-inə nəsib olmayıb.
Sonradan isə bəlli olub ki, münaqişədə iştirak edən tərəflər Robert Koçaryanın adamı sayılan Qaqik çarukyan və Yerevan meri, “Sarkisyanın bankiri” adı ilə tanınan Qaqik Beqlaryan olub. Bundan başqa, siyasi dairələrə yaxın qruplaşmaların savaşında kriminal ünsürlər də yer alıb. Qarşıdurmada “xaç atası” kimi tanınan Dmbuz Xendoya və mafioz “Eror masi Qonç” da iştirak ediblər. Sonuncu Ermənistan polisi rəisinin qətlə yetirilmiş müavini Gevork Mqeryanın qohumudur. Atışmada kriminal avtoritet Masivi Jironun da iştirak etdiyi deyilir. Məlumatlara görə, hesablaşma zamanı Rusiyadan olan kriminal avtoritetlər də klubda olublar.
Ermənistanda hakimiyyətin kriminal savaşlarda iştirakını tam təfərrüatı ilə ortaya qoyan bu hadisənin maraqlı cəhətlərindən biri də, atışma zamanı bir dövlət rəsmisinin də orada olmasıdır. Ermənistanın “çorrod İnknişxanutyun” qəzeti yazır ki, Ermənistanın kənd təsərrüfatı nazirinin müavini Vardan Karapetyan da hadisə yerində olub. Nazir müavini isə həmin yerdə olmasını guya bacısının evindən çıxması və insidentin baş verdiyi ərazidən təsadüfən keçməsi ilə izah etməyə çalışıb: “Hamı dayanıb baxırdı. Mən də baxmaq üçün dayandım. İşdən sonra bacımgilə getmişdim. Bu cinayətdir? Mən “razborka”da iştirak etməmişəm. Belə hadisələrə qarışmaq ayıbdır”.
Bəli, Ermənistanı ağuşuna alan problemlər şəbəkəsinin çənbəri daraldıqca hakimiyyətin üst qatlarını ələ keçirənlərin əsl simaları üzə çıxır. Dağlıq Qarabağın işğalı zamanı törətdikləri cinayətlərin məsuliyyətindən hələlik yayınan Ermənistan rəhbərliyi belə demək mümkündürsə, dalana dirəndiklərini anlayırlar. Son iki-üç ildə bu ölkə iqtisadi geriliyinə görə sıralamada birinci yerlərdə dayanır. ölkədə inflyasiyanın dərəcəsi ağlagəlməz səviyyəyə yüksəlib, ölkə əhalisinin demək olar ki, yarısından çoxu Ermənistanı tərk edib, yerdə qalanlar isə, sözün əsl mənasında qorxu altında yaşayır. Bir məqamı vurğulamaq lazımdır ki, istər keçmiş prezident R.Koçaryan, istər indiki dövlət başçısı S.Sarkisyan, istər müdafiə naziri Seyran Ohanyan, istərsə də digər nazirlər və böyük çaplı məmur-oliqarxlar Dağlıq Qarabağda gedən hərbi əməliyyatlardan sonra kriminal yolla hakimiyyəti qəsb ediblər. Bu baxımdan, onlar Ermənistanı elə kriminal üsulla idarə etməyə, insanları ən adi hüquqlardan məhrum etməyə üstünlük verirlər.
Son hadisələr bir daha göstərir ki, onlar üçün sadə insanların ölümü və ya Ermənistan dövlətinin imici heç bir əhəmiyyət kəsb etmir. Mənzərə isə budur ki, artıq bu cinayətkar birliyin də arasında gərginlik yaşanır. Bu gərginlik ilk olaraq, ən böyük erməni oliqarxı sayılan Tiqran Sarkisyanla Ermənistan prezidenti arasında başlamışdısa, bu gün artıq Koçaryan bu mübahəsələrin predmetinə çevrilib. Nəzərə alsaq ki, T.Sarkisyan, məhz Koçaryanın kadrı sayılır, hazırkı prezidentin qeyri-məhdud hakimiyyət arzusunun həyata keçirilməsi üçün kriminal hesablaşmalara başlandığını düşünmək olar. Bu isə, öz növbəsində, Ermənistanın yeni bir vətəndaş müharibəsi ilə qarşı-qarşıya dayandığını deməyə əsas verər. Belə demək mümkündürsə, Azərbaycanın ərazilərini işğal altında saxlamaqla iqtisadi ölümə məhkum olunan Ermənistan hakimiyyətinin sonu yaxınlaşıb. Erməni xalqının bu acı sondan xilas olması üçünsə, Ermənistan hakimiyyətinin öz işğalçı və yalan dolu siyasətindən əl çəkməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə razı olması gərəkir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37

