Ermənistanda siyasi xaos hökm sürür
21.05.2021 [08:55]
Xaos və anarxiyanın hökm sürdüyü Ermənistanda qeyri-sabitlik davam edir. Eyni zamanda, məğlub ölkədə mövcud olan sosial-iqtisadi, mənəvi-psixoloji böhran əhalidə növbədənkənar seçkilərə və siyasi qüvvələrə inamsızlıq yaradır. Ermənistan mətbuatı yazır ki, ölkə vətəndaşları siyasi qüvvələrin bundan sonra hansısa uğura nail olacaqlarına inanmırlar. 17 partiyanın birləşdiyi “Vətənin xilası naminə hərəkat”ın üzvlərinin əksəriyyətinin seçki məsələsi ortaya çıxan kimi, mandat dalınca qaçaraq Paşinyanın hakimiyyətdən getməsi tələblərini unutmaları da cəmiyyətdə birmənalı qarşılanmır.
Ermənistan mediasının yazdığına görə, müxalifət partiyalarının bir çoxunda daxili narazılıqlar da baş qaldırır. Məsələn, “Aysor.am” yazır ki, “Çiçəklənən Ermənistan” partiyasının deputatı, partiyanın baş katibi Naira Zöhrabyan vəzifəsindən istefa verdiyini və partiyanın proporsional siyahısı üzrə seçkilərdə iştirak etməyəcəyini bildirib. “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü istefanın səbəblərini açıqlamasa da, mətbuatın yazdığına görə, son günlər partiya sədri Qagik Çarukyanın seçki siyahısını özbaşına tərtib etməsi barədə söhbətlər deputatların etirazına gətirib çıxarıb.
Yeri gəlmişkən, bir neçə ay öncə “Çiçəklənən Ermənistan”ı tərk edən parlamentin bitərəf üzvü Gevork Petrosyan da parlamentin səlahiyyətlərinə xitam verildikdən sonra siyasi fəaliyyətini dayandıracağını bəyan edib. Ölkədə sağlam siyasi atmosferin olmadığını, müxalifətin qeyri-adekvat davranışlarını nəzərə alaraq bu addımı atdığını deyən G.Petrosyanın sözlərinə görə, indiki dövrdə aktiv siyasi fəaliyyəti məqsədəuyğun hesab etmir.
Bu arada, “News.am” yazır ki, Paşinyan hakimiyyəti rəqiblərinə qarşı təzyiqləri gücləndirib. Belə ki, “Daşnaksutyun” və “Yüksələn Ermənistan” partiyalarının birləşdiyi “Ermənistan” seçki blokunun seçkiqabağı qərargahının rəhbəri, baş nazirin keçmiş müavini Armen Gevorkyan xüsusi istintaq xidmətinə çağırılıb. A.Gevorkyan hakimiyyətin bu addımını onun seçki qərargahındakı fəaliyyətinin qarşısını almağa hesablandığını istisna etməyib.
Qeyd edək ki, müxalifətin parçalanmış şəkildə seçkilərə getməsi ekspertlər tərəfindən müxtəlif cür qiymətləndirilir. “Sputnik-Ermənistan” yazır ki, politoloq Yervand Bozoyan indiki mürəkkəb vəziyyətdə növbədənkənar seçkilərə getməyin məqbul variant olmadığı qənaətindədir. Onun sözlərinə görə, Paşinyan hakimiyyətini devirməyə nail ola bilməyən müxalifətin seçkilərlə razılaşmaqdan başqa şansı da qalmadı. Ekspertin qənaətinə əsasən, parlament seçkilərindən sonra ölkədə mövcud olan böhran daha da dərinləşəcək: “Əgər Nikol Paşinyan seçkilərdə qalib gəlsə, bu bizim üçün fəlakət, ölkəyə böyük zərbə olacaq. Paşinyanın qələbəsi xalqın ağır itki ilə barışdığının sübut olacaq”.
Göründüyü kimi, növbədənkənar seçkilərə hazırlaşan Ermənistanda xaos dərinləşir və siyasi qüvvələr arasında ziddiyyətlər artır. Bu isə məğlub ölkənin yeni kataklizmlərə sürükləndiyini göstərir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41

