Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ÜST yeni virusla bağlı xəbərdarlıq etdi

ÜST yeni virusla bağlı xəbərdarlıq etdi

30.10.2021 [11:49]

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus yeni qarşısıalınmaz virus barədə xəbərdarlıq edib. 

“Bioloji nöqteyi-nəzərdən, nə vaxtsa bizim qarşısını ala bilməyəcəyimiz başqa bir virusun yayılacağı dəqiqdir”, - deyə o, G20 ölkələrinin səhiyyə və maliyyə nazirləri ilə görüşü zamanı bəyan edib.

ÜST rəhbəri bildirib ki, növbəti pandemiyaya hazırlaşmaq üçün indiki pandemiyadan dərs almaq lazımdır.

Qebreyesusun sözlərinə görə, qlobal birliyin “gücləndirilmiş” ÜST-ə, pandemiya ilə mübarizənin təmini üçün yeni maliyyə mexanizminə, həmçinin səhiyyə sferasında təhlükələrlə mübarizənin maliyyələşməsi üzrə yeni şuranın yaradılması ilə daha təsirli idarəetməyə ehtiyacı var.

Paylaş:
Baxılıb: 733 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30