Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Filippində torpaq sürüşməsində 100-dən çox insan itkin düşüb

Filippində torpaq sürüşməsində 100-dən çox insan itkin düşüb

09.02.2024 [15:48]

Filippinin Davao de Oro əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb, daha 110 nəfər isə hələ də itkin düşmüş sayılır.

Bu barədə yerli kanallar məlumat yayıb.

Bildirilir ki, fövqəladə hallar xidmətləri axtarış-xilasetmə əməliyyatı zamanı 30-dan çox insanı xilas edə bilib, onların arasında dağıntılar altında təxminən 60 saat qaldıqdan sonra sağ tapılan uşaq da var.

Xatırladaq ki, təbii fəlakət fevralın 6-da baş verib, bir neçə ev və yerli qızıl hasilatı zavodunun işçilərini daşıyan bir neçə avtobus torpağın altında qalıb.

Paylaş:
Baxılıb: 550 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30