Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Meksika Ekvadorla diplomatik münasibətləri kəsdiyini elan edib

Meksika Ekvadorla diplomatik münasibətləri kəsdiyini elan edib

06.04.2024 [09:35]

Meksika prezidenti Andres Manuel Lopez Obrador Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Alisiya Barsenaya Ekvadorla diplomatik əlaqələri kəsməyi tapşırıb. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkədə yazıb.

Qərar Cənubi Amerika ölkəsinin polisinin qaçqın olan və üzləşdiyi təqiblər və ittihamlara görə sığınacaq istəyən Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası saxlamaq üçün Meksika diplomatik missiyasına basqın etdikdən sonra verilib.

Qeyd olunur ki, Brador Ekvador polisinin hərəkətlərini beynəlxalq hüququn və Meksikanın suverenliyinin kobud şəkildə pozulması adlandırıb.

Xatırladaq ki, 2021-ci ildə Ekvador Milli Məhkəməsi ölkənin keçmiş vitse-prezidenti Xorxe Qlasa korrupsiya ittihamı ilə 8 il həbs cəzası verib. 

Havar Şəfiyeva 

Paylaş:
Baxılıb: 488 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30