Heydər Əliyev Fondu tərəfindən Ağstafanın Zəlimxan kəndində yeni məktəb binası inşa edilib FOTO
16.09.2024 [16:52]
Yeni tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə yeni inşa olunmuş məktəb binaları istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məktəblər sırasında Ağstafa rayonu Zəlimxan kənd A.Asimoğlu adına tam orta məktəbin binası da var.
Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Aslan Hacıyev çıxış edərək, ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısından söz açıblar. Həmçinin Heydər Əliyev Fondunun Azərbaycan təhsilinin inkişafında oynadığı roldan danışılıb, bu istiqamətdə həyata keçirilən önəmli layihələrdən bəhs edilib. Diqqətə çatdırılıb ki, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” bu layihələr sırasındadır.
Bildirilib ki, Zəlimxan kənd A.Asimoğlu adına tam orta məktəbin binasının birinci korpusu 1930-cu ildə, ikinci korpusu isə 1988-ci ildə inşa olunub. Ötən müddət ərzində bina köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən məktəb üçün 220 şagird yerlik yeni bina inşa edilib.
Yeni məktəb binasının tikilməsi şagirdlər tərəfindən də sevinclə qarşılanıb. “Bizim məktəbimiz əvvəllər təhsil üçün çox yararsız vəziyyətdə olub. Dərs otaqları bərbad halda idi. Bu cür məktəb binasının tikilib bizim ixtiyarımıza verilməsinə görə təşəkkür edirik. Ən böyük arzum bu məktəbdə təhsil alıb, ali məktəbə qəbul olmaqdır,” – deyə məktəbin X sinif şagirdi Münirə Mamayeva deyib.
Burada 12 sinif otağı, fizika və kimya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sonaxanım Allazova yeni tikilən məktəb binasının onlara dərs tədris etmək üçün daha geniş imkanlar yaratdığını deyib: “Əvvəlki bina müasir standartlara cavab vermirdi. Ancaq bu gün yeni tikilən məktəb binası istər bizim üçün, istərsə də şagirdlər üçün ən yüksək səviyyədə qurulub. Yeni tədris ilinə daha böyük ruh yüksəkliyi ilə başlayırıq. Yeni binamızda şagirdlərimizi Vətənə layiqli övlad kimi yetişdirəcəyik”.
Üçmərtəbəli məktəb binası zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib.
Məktəbin həyətyanı ərazisində də abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
17 May 18:42
Siyasət
17 May 18:37
Dünya
17 May 18:17
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23

