AMEA rəhbəri: Fundamental elmi ənənələrimizi qorumaqla akademiya yeniləşməlidir
28.11.2024 [19:15]
2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi tamam olur. Hazırda AMEA-nın 80 illik yubileyi ilə bağlı hazırlıq işləri davam edir, bu çərçivədə bir sıra kitablar nəşr ediləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “AMEA-nın 2025-2030-cu illər üçün inkişaf konsepsiyası və yol xəritəsi”nin hazırlanması üzrə işçi qrupunun iclasında deyib.
Akademik İsa Həbibbəyli akademiyanın, eləcə də Azərbaycan alimlərinin ötən müddət ərzində bir çox uğurlara imza atdığını bildirib. O, akademiyanın istər sovet dövründə, istərsə də müstəqilliyin ilk illərində Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.
2022-ci ildən etibarən yeniləşən akademiyanın qurulması istiqamətində mühüm islahatlara başlanıldığını bildirən AMEA rəhbəri Elektron akademiya şöbəsinin yaradıldığını, AMEA-nın tarixində ilk dəfə olaraq beynəlxalq təşkilatlara - Beynəlxalq Akademiyalararası Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Elmi Şura, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası və Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına (IAP) səsvermə hüququna malik üzvü seçildiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli AMEA-nın Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasına da üzv qəbul edildiyini deyib. Həmçinin AMEA-nın bir sıra institutlarında Asiya ölkələri, xüsusilə Çinlə elmi əlaqələrin genişləndirilməsi məqsədilə yeni şöbələrin yaradıldığını, əməkdaşlıq müqavilələrinin imzalandığını söyləyib.
Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin ölkə elmi qarşısında qoyduğu vəzifələrdən, müstəqil Azərbaycan dövlətinin maraqlarından və müasir dünya elminin çağırışlarından irəli gələrək AMEA-nın elmi müəssisə və təşkilatlarında daxili imkanlar hesabına 40-dan çox yeni strukturun yaradıldığını bildirib.
Bu gün müzakirəsi keçirilən “AMEA-nın 2025-2030-cu illər üçün inkişaf konsepsiyasi və yol xəritəsi”nin AMEA-da 2022-ci ildən etibarən həyata keçirilən geniş yeniləşmə islahatlarının tərkib hissəsi olduğunu deyən akademik İsa Həbibbəyli bu sənədin akademiyanın 80 illik yubileyinə mühüm töhfə olacağını və Elmlər Akademiyasının gələcək fəaliyyət istiqamətində xüsusi rol oynayacağını vurğulayıb.
“Fundamental elmi ənənələrimizi, elmi məktəblərimizi qorumaqla akademiya yeniləşməlidir. Apardığımız islahatlar, eyni zamanda, bizdən gördüyümüz işlərin mahiyyəti üçün maarifçilik tələb edir. Akademiyanın yeni yol xəritəsinin hazırlanmasında hər bir alimin iştirakını vacib hesab edirik və bu sənəd AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan alimlərdən daxil olan təkliflər əsasında hazırlanacaq. Daha sonra AMEA-nın Rəyasət Heyətinin və AMEA-nın Ümumi yığıncağının müzakirəsinə çıxarılacaq”, - deyə akademik İsa Həbibbəyli bildirib.
Xəbər lenti
Hamısına baxDünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03

