Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yaponiya kəskin inflyasiya ilə qarşılaşıb

Yaponiya kəskin inflyasiya ilə qarşılaşıb

15.05.2026 [20:19]

2026-cı ilin aprel ayında Yaponiyada topdansatış inflyasiyası son üç ilin ən yüksək həddinə çatıb.

AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, aprel ayında korporativ malların qiymət indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz yüksəlib. İdxal qiymət indeksi isə 17,5 faiz artıb ki, bu da 2022-ci ilin dekabr ayından bəri ən yüksək göstəricidir.

Analitiklər qeyd edirlər ki, milli valyutanın dəyərdən düşməsi enerji şokunu daha da dərinləşdirib. Belə ki, neft məhsulları və kömür 5,3 faiz, kimya sənayesi məhsulları 9,2 faiz bahalaşıb.

“Bloomberg” agentliyi isə öz növbəsində digər inflyasiya göstəricisinə diqqət çəkib. 20 illik dövlət istiqrazlarının faiz dərəcəsi 6,5 bənd artaraq 3,61 faizə - 1996-cı ildən bəri ən yüksək səviyyəyə çatıb.

Paylaş:
Baxılıb: 506 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31