Sumqayıtda “İlham Əliyev - 10 il hakimiyyətdə” kitabının təqdimatı olub
24.12.2013 [09:18]
Dünən Sumqayıt Tarix Muzeyində “İlham Əliyev - 10 il hakimiyyətdə” kitabının təqdimatı olub. Yüksək poliqrafik səviyyədə tərtib edilmiş kitab Sumqayıt İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşəbbüsü və təşkilatı dəstəyi ilə nəşr olunub.
AzərTAc xəbər verir ki, kitabda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar, ölkəmizin müstəqil daxili və xarici siyasəti, Azərbaycanın regionda və dünyada rolu barədə ətraflı söhbət açılan məqalələr toplanıb. Məqalələrin müəllifləri dövlət məmurları, Milli Məclisin deputatları, alimlər, müəssisə rəhbərləri, Sumqayıt ictimaiyyətinin nümayəndələridir.
Kitabda toplanmış materiallar Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi 10 il ərzində fəaliyyətinin hərtərəfli araşdırılmasının və dərin təhlilinin nəticəsidir. Ölkəmizin inkişaf dinamikasını əks etdirən faktlara və rəqəmlərə əsaslanan materiallar əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin ardıcıl surətdə və parlaq şəkildə həyata keçirdiyi Azərbaycan inkişaf modelinin əsaslı olmasını inandırıcı şəkildə təsdiq edir.
Təqdimat mərasimində Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin deputatları - tanınmış yazıçı-publisist Elmira Axundova, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və professor Musa Qasımlı, Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev və başqaları çıxış ediblər.
Onlar qeyd ediblər ki, bu 10 ilin hər biri böyük zəfərlər və nailiyyətlər ili olub. Azərbaycan sürətlə inkişaf edir. Müsbət irəliləyişlər regionlardan da yan keçməyib. Dünya miqyaslı siyasi xadim İlham Əliyevin əməyi və istedadı sayəsində Azərbaycan bu müddətdə bütün sahələrdə böyük tərəqqi yolu keçib, ölkəmiz dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib.
Natiqlər onu da qeyd ediblər ki, ötən 10 il ərzində Azərbaycanda turizm formalaşıb və inkişaf edib, informasiya-kommunikasiya sektoru iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilib. Qeyd edilib ki, Azərbaycan borcalan ölkədən kreditor ölkəyə, dünyanın bir sıra ölkələrində sanballı sərmayələr qoyan dövlətə çevrilib. Bütün çıxışların ana xətti “Qurucu İlham” fikri olub.
Tədbirin sonunda iştirakçılara “İlham Əliyev - 10 il hakimiyyətdə” kitabının nüsxələri təqdim edilib.
Qeyd edək ki, bu kitab oxucuların, o cümlədən xarici oxucuların Azərbaycanın necə geniş inkişaf etməsini qiymətləndirmələrinə imkan verəcək, Azərbaycanın bu dövrü haqqında məlumat almaq istəyən gələcək nəsillər üçün yaxşı baza olacaq.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54

