/ / Dövlət Komitəsinin rəsmisi: Xaricdə təhsil alan gənclər Azərbaycan diasporunun əsasını təşkil edəcəklər
Dövlət Komitəsinin rəsmisi: Xaricdə təhsil alan gənclər Azərbaycan diasporunun əsasını təşkil edəcəklər
04.08.2026 [15:28]
Xaricdə təhsil alan Azərbaycan gəncləri gələcək diasporun formalaşmasında mühüm rol oynayacaq və ölkəmizin beynəlxalq aləmdə daha dolğun təmsil olunmasına töhfə verəcəklər.
AZƏRTAC xəbər verir ki, bu fikri Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa ölkələri şöbəsinin müdir müavini Orxan Kərimov 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qalibləri ilə görüşdə səsləndirib. O bildirib ki, xaricdə təhsil almaq hər bir gənc üçün böyük nailiyyət olmaqla yanaşı, həm də böyük məsuliyyətdir. Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və diaspor təşkilatlarının fəaliyyətinin dəstəklənməsi istiqamətində sistemli fəaliyyət göstərir.
Komitənin dəstəyi ilə dünyanın müxtəlif ölkələrində 500-dən çox diaspor təşkilatı fəaliyyət göstərir. Hazırda 21 ölkədə 33 Azərbaycan Evi mövcuddur və onların bir çoxunda Azərbaycan dili məktəbləri fəaliyyət göstərir. Diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə 15 regional şura yaradılıb.
Orxan Kərimov qeyd edib ki, Komitənin fəaliyyətində əsas istiqamətlərdən biri xaricdə təhsil alan azərbaycanlı gənclərlə işdir. Məhz bu gənclər gələcəkdə Azərbaycan diasporunun əsasını təşkil edəcək. Layihələr sırasında diaspor gənclərinin yay düşərgələri, xaricdə təhsil alan tələbələrin xarici gəncləri diaspor fəaliyyətinə cəlb etməsini nəzərdə tutan təşəbbüslər, “Beyin qazanma” proqramı xüsusi yer tutur. Bu layihələr vasitəsilə Azərbaycanın multikultural dəyərləri, işğal dövründə Ermənistanın törətdiyi vandalizm aktları və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri xarici gənclərə nümayiş etdirilir. Komitə mütəmadi olaraq Dünya Azərbaycanlı Gənclərinin Forumu, mühəndislər, həkimlər və incəsənət xadimlərinin forumlarını təşkil edir. Bu tədbirlərin məqsədi xaricdə yaşayan azərbaycanlıların bilik və liderlik potensialını ölkənin və diasporun inkişafına yönəltməkdir.
Şöbə müdirinin müavini Dövlət Proqramı qaliblərini təhsil aldıqları ölkələrdə diaspor fəaliyyətində aktiv iştirak etməyə çağırıb. O bildirib ki, gənclərin həm öz bilik və bacarıqlarını inkişaf etdirməsi, həm də Azərbaycanın beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlərə töhfə verməsi böyük əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17

