Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

02.10.2026 [13:27]

AQEM-in Astanadakı mənzil-qərargahında travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi (“MAASOT-2026”) keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbir “Ortopediya və travmatologiyada tətbiqi elmin müasir nailiyyətləri. Biomexaniki tədqiqatlardan klinik sınaqlara qədər” mövzusunda təşkil olunub.

Konqres Qazaxıstan Səhiyyə Nazirliyinin nəzdindəki Beynəlxalq Travmatologiya və Ortopediya Elmi Mərkəzi, “Trauma Qazaxıstan” ASC və Ankaradakı Başkent Universiteti tərəfindən AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Katibliyinin dəstəyi ilə təşkil olunur.

İkigünlük proqram çərçivəsində aparıcı mütəxəssislər travmatologiya və ortopediya, robototexnika, süni intellekt, endoprotez, travma cərrahiyyəsi, onurğa ortopediyası, uşaq travmatologiyası, artroskopiya, diaqnostik texnologiyalar, biomexanika, habelə əlavə istehsal sahələrində müasir yanaşmaları müzakirə edəcəklər.

Əsas tədbirlərdən biri Mərkəzi Asiya, o cümlədən Qazaxıstanda travmatologiya- ortopediya üzrə məhsullar və avadanlıqlar üçün ilk istehsal mərkəzi olan Beynəlxalq Travmatologiya və Ortopediya Elmi və İstehsalat Mərkəzinin (IRPCTO) rəsmi açılışı olacaq.

Azərbaycan AQEM-in üzv dövlətidir və hazırda onun sədrliyini həyata keçirir.

Konqres oktyabrın 3-dək davam edəcək.

Paylaş:
Baxılıb: 212 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Britaniya geri dönür?

06 Oktyabr 09:40

Analitik

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31