Azərbaycan Memarlıq və İnşaat Universitetinin beynəlxalq əlaqələri genişlənir
17.10.2014 [09:25]
AzMİU ilə Rusiya Federasiyasının bir sıra ali məktəbləri arasında əməkdaşlıq müqavilələri imzalanıb
Xəbər verdiyimiz kimi, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə Bakıda keçirilən memarlıq və dizayn üzrə buraxılış işlərinin XXIII beynəlxalq baxış müsabiqəsi ərəfəsində bir sıra silsilə tədbirlər reallaşdırılıb. Bu kontekstdə 15 oktyabr tarixində Rusiya Federasiyasının bir sıra ali məktəbləri ilə əməkdaşlıq müqavilələri imzalanıb. Məlumat üçün qeyd edək ki, müsabiqəyə qatılan universitetlərin bir neçəsi ilə əvvəlcədən əməkdaşlıq müqavilələri imzalanıb, bir neçəsi ilə isə yenidən imzalanıb və öncədən mövcud olan müqavilələr yenilənib.
Mərasimdə çıxış edən AzMİU-nun rektoru, professor, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova qonaqları salamlayaraq rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən bəhs edib, bu istiqamətdə beynəlxalq əməkdaşlıq əlaqələrinin elm və təhsilin inkişafına, elmi inteqrasiya prosesinin sürətlənməsinə mühüm töhfələr verdiyini bildirib. Rektor Azərbaycan Memarlıq və İnşaat Universitetinin keçdiyi inkişaf yoluna nəzər yetirib və bildirib ki, bu ali təhsil müəssisəsi müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən ixtisaslı kadrlar - mütəxəssislər yetişdirməkdədir: “Azərbaycan Memarlıq və İnşaat Universitetində 7 fakültə fəaliyyət göstərir. 6500 tələbənin təhsil aldığı Universitetdə professor-müəllim heyətinin sayı 500-ə bərabərdir. Bununla yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universiteti geniş beynəlxalq əlaqələrə malikdir və xarici ölkələrin bir sıra universitetləri ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bu kontekstdə geniş təcrübə mübadiləsi aparılır və əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir”.
Azərbaycanda həyata keçirilən səmərəli və uzaqgörən elm siyasətindən və bu kontekstdə əldə edilmiş çoxsaylı uğurlardan bəhs edən rektor diqqətə çatdırıb ki, ölkəmizdə bütün sahələrin inkişafı təhsil sektorunun da tərəqqisinə geniş imkanlar yaradıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqəti və müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir”.
Rektor diqqətə çatdırıb ki, AzMİU ilə Rusiya Federasiyası arasındakı çoxşaxəli münasibətlərdə elm, təhsil məsələləri xüsusi yer tutur. Ali təhsil müəssisələri arasındakı əməkdaşlıq əlaqələrinin, təcrübə mübadiləsinin bu prosesə fundamental töhfələr verdiyini deyən G.Məmmədova bu əlaqələrin gələcəkdə uğurla davam və inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Daha sonra AzMİU ilə Rusiya Federasiyasının ali təhsil müəssisələri arasında əməkdaşlıq müqavilələri imzalanıb. Sənədləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və Rostov Dövlət İnşaat Universitetindən Şəhərsalma və Memarlıq İnstitutunun direktoru Viktoriya Pişulina, Novosibirsk Dövlət Memarlıq-İncəsənət Akademiyasının rektoru, memarlıq doktoru, professor Gennadiy Pustovetov, Moskva Memarlıq İnstitutunun prorektoru, professor M.V.Şubenkov, Rusiya Federasiyasının Əməkdar memarı, professor, Şərq ölkələri Memarlıq Akademiyasının müxbir üzvü İldar Sabitov, Kuban Dövlət Universitetinin professoru, Memarlıq və Dizayn fakültəsinin dekanı Svetlana Koçetkova, Novosibirsk Dövlət Memarlıq İnşaat Universitetinin rektoru, texnika elmləri doktoru, professor Yuriy Skoluboviç imzalayıblar.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

