Rəqəmsal linqafon laboratoriyası Çin dilinin tədrisi səviyyəsini yüksəldəcək
18.10.2014 [11:13]
Oktyabrın 17-də Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki Konfutsi İnstitutunda rəqəmsal linqafon laboratoriyası istifadəyə verilib.
AzərTAc xəbər verir ki, alim və mütəxəssislərin, tələbələrin, Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfiri Xun Tsyuinin iştirak etdikləri açılış mərasimində BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan ilə Çin Xalq Respublikası arasında əlaqələrin, o cümlədən elm, təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb.
Rektor Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin mayında Çinə səfərinin iki ölkə arasındakı münasibətlərin inkişafında əhəmiyyətli rolunu vurğulayıb.
Müasir dünyada elmə, təhsilə xüsusi önəm verildiyini qeyd edən akademik A. Məhərrəmov Bakı Dövlət Universitetinin ÇXR-in Anhoy Universiteti ilə əlaqələri və BDU-nun nəzdindəki Konfutsi İnstitutunun fəaliyyəti barədə məlumat verib, rəqəmsal linqafon laboratoriyasının Çin dilinin tədrisi səviyyəsinin yüksəldilməsində mühüm rolu olacağını bildirib.
Çin Xalq Respublikasının Bakıdakı səfiri Xun Tsyuin öz ölkəsi ilə Azərbaycanın dostluq münasibətlərindən bəhs edib. İki ölkə arasında elm, təhsil əlaqələrinin genişləndirilməsi barədə fikirlərini bölüşən X.Tsyuin, yeni laboratoriyadan səmərəli istifadə ediləcəyinə əminliyini bildirib.
Tədbirdə məlumat verilib ki, BDU-nun nəzdindəki Konfutsi İnstitutu 2011-ci ildə yaradılıb. Tələbələr, gənclər burada Cin dilini öyrənir, Çin tarixi, mədəniyyəti ilə tanış olurlar.
Bakı Dövlət Universitetində fəaliyyət göstərən Konfutsi İnstitutunun BDU-nun nəzdindəki “Gənc İstedadlar” liseyində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, “ADA” Universitetində, Azərbaycan Dövlət Teleqraf Agentliyində, Qərb Universitetində, Xəzər Universitetində, Avrasiya Universitetində filialları yaradılıb.
Qeyd olunub ki, Konfutsi İnstitutlarının Mənzil-Qərargahının sponsorluğu ilə təchiz edilmiş yeni açılan laboratoriya ən müasir layihələr üzrə yaradılıb.
BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru Oqtay Cəlilbəyli, ÇXR tərəfindən direktoru Hu Fenxua laboratoriyanın təşkilində xidməti olanlara təşəkkürlərini bildiriblər.
Konfutsi İnstitutunun üçilliyinə həsr edilmiş sənədli film nümayiş etdirilib.
Sonra tədbir iştirakçıları müasir avadanlıqla təchiz edilmiş laboratoriya ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

