Bilik Fondu Şəmkir rayonunda görüş keçirib
20.12.2014 [12:07]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları Şəmkir rayonunda görüş keçiriblər. Şəmkir şəhər Əhməd Cavad adına 4 nömrəli məktəbdə təşkil olunan tədbirdə Milli Məclisin deputatı, Bilik Fondunun Himayəçilik Şurasının üzvü Sahibə Qafarova da iştirak edib. Ölkə Prezidentinin Sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olduğuna görə məktəbin kollektivini təbrik edən O.Səmədov əhalinin maarifləndirilməsində təhsil ocaqlarının rolunu xüsusi vurğulayıb. Məktəbin direktoru Səfər Məmmədov təhsil işçilərinin zəhmətinə verilən dəyərə görə ölkə başçısına minnətdarlığını bildirib, Bilik Fondunun yaradılmasını da Prezidentin cəmiyyətin maariflənməsinə töhfəsi kimi dəyərləndirib.
Millət vəkili S.Qafarova biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi dəyərlərin təbliği, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması işinə bölgə ziyalılarının cəlb olunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu sahədə Bilik Fondu ilə yerli qurumların əməkdaşlığı müsbət nəticələr verəcək.
Bilik Fondunun icraçı direktoru O.Səmədov Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ilə də görüşüb. Ölkə rəhbərliyinin regionlara diqqətinin ildən-ilə artdığını deyən icra başçısı A.Məmmədov Fondun fəaliyyəti üçün Şəmkir rayonunda hər bir şəraitin yaradılacağını vurğulayıb. Son illər Şəmkirin sürətlə inkişaf etdiyini nəzərə çatdıran O.Səmədov yerli ictimaiyyətlə yüksək səviyyədə təşkil olunan görüşlərə görə icra başçısına təşəkkürünü bildirib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25

