Bilik Fondu ilə İnsan Hüquqları İnstitutu arasında saziş imzalanıb
15.01.2015 [09:58]
Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələri ilə görüş keçirilib. Görüşdə Bilik Fondu ilə İnsan Hüquqları İnstitutu arasında ölkə əhalisinin maarifləndirilməsi, hüquqi dəyərlərin təbliği istiqamətində birgə fəaliyyət göstərilməsi və müştərək layihələrin həyata keçirilməsi məqsədilə saziş imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun informasiya təminatı sektorundan verilən məlumata görə, imzalanma mərasimində rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verən Fondun icraçı direktoru Oktay Səmədov maarifçilik missiyasının həyata keçirilməsi üçün cəmiyyətin bütün təbəqələrinin eyni amal ətrafında birləşməsinin vacib olduğunu deyib.
İnstitutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva imzalanan sazişdə əks olunan öhdəliklərə tərəflərin böyük həvəslə əməl edəcəklərinə, bununla da ölkə əhalisinin məlumatlandırılmasına töhfə verəcəklərinə əminliyini bildirib. Bilik Fondunun elmi müəssisələrlə sıx əlaqələr qurmasının elmin inkişafına, cəmiyyətin maariflənməsinə böyük təkan olduğunu vurğulayan A.Mustafayeva İnsan Hüquqları İnstitutunun Fondla əməkdaşlığa hazır olduğunu bildirib.
Əməkdaşlıq haqqında sazişə əsasən, tərəflər Azərbaycan Respublikası əhalisinin hüquqi biliklərini artırmaq məqsədi ilə təşkilati, təbliğat xarakterli tədbirlərin, vətəndaşların hüquq və vəzifələrinin öyrənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Əməkdaşlıq çərçivəsində gələcəkdə azərbaycançılıq ideyasının, milli mənəvi, hüquqi və dini dəyərlərin, ölkəmizə qarşı xarici təcavüzlərin beynəlxalq aləmə çatdırılması məqsədilə bir neçə dildə genişhəcmli elektron informasiya portalının yaradılması planlaşdırılır. Bundan əlavə, Azərbaycan həqiqətlərinin müxtəlif dillərdə kitablar, bukletlər, broşürlər vasitəsilə dünya ictimaiyyətinə çatdırılması əsas məqsədlərdən hesab olunur.
Xatırladaq ki, Bilik Fondu artıq Bakı Slavyan Universiteti, Azərbaycan Turizm Universiteti ilə əməkdaşlıq haqqında müqavilələr imzalayıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

