Gürcüstan Prezidentinə Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adı verilib
18.03.2017 [11:11]
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Gürcüstan Prezidenti Giorgi Marqvelaşviliyə DİA-nın fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.
DİA-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin rektoru, akademik Urxan Ələkbərov Gürcüstan Prezidentini akademiyanın kollektivi adından salamlayıb, Azərbaycan və Gürcüstan arasında strateji əməkdaşlıq münasibətləri, elm və təhsilin inkişafına, təhsilin məzmununun yeniləşdirilməsi, müstəqil Gürcüstan üçün kadr hazırlığı prosesinə layiqli töhfələr vermiş ali qonağın Dövlət İdarəçilik Akademiyasına gəlişini önəmli hadisə kimi dəyərləndirib. Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu diqqətə çatdıran rektor bunun müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində mümkün olduğunu bildirib. U.Ələkbərov, həmçinin bu gün beynəlxalq müstəvidə özünü doğrultmuş, öz seçimini qoruyan və dinamik inkişaf edən, həm regional, həm də qlobal xarakterli layihələrdə fəal iştirak edən Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə ikitərəfli münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra DİA-nın humanitar və sosial məsələlər üzrə prorektoru Mehdi Abdullayev Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq münasibətlərinin qorunmasında, elm və təhsil sahəsində əməkdaşlığın möhkəmlənməsində xidmətlərinə görə Gürcüstan dövlətinin başçısına akademiyanın fəxri doktoru adı verilməsi barədə elmi şuranın qərarını oxuyub.
Gürcüstan Prezidentinə DİA-nın fəxri doktoru diplomu, mantiya və xatirə hədiyyələri təqdim edilib.
Prezident Giorgi Marqvelaşvili mərasimdə çıxış edərək Gürcüstan dövlətinin təşəkkülünün əsas mərhələlərindən, yeni ictimai-siyasi formasiyaya keçid dövründə gürcü xalqının qarşılaşdığı çətinliklərdən danışıb.
Gürcüstan-Azərbaycan münasibətlərinin perspektivlərindən bəhs edən ali qonaq Azərbaycanın yüksək iqtisadi potensialını vurğulayıb. Gürcüstan lideri Azərbaycanda həyata keçirilən qlobal enerji layihələrinin Gürcüstan üçün böyük əhəmiyyət daşıdığına da diqqət çəkib. Azərbaycanı regionun önəmli dövləti kimi dəyərləndirən Prezident Giorgi Marqvelaşvili ölkəmizin qazandığı böyük uğurların Ümummilli lider Heydər Əliyevin xidməti olduğunu söyləyib. Ali qonaq bu gün bütövlükdə bölgədə ictimai-siyasi sabitlik, yüksək iqtisadi inkişaf tempinə Heydər Əliyev və Eduard Şevardnadzenin uzaqgörənliyi və qətiyyəti nəticəsində nail olunduğunu bildirib. Gürcüstan lideri regional məsələlərə, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə Prezident İlham Əliyevin diqqətini yüksək qiymətləndirib. O xüsusi vurğulayıb ki, bu gün ölkələrimiz yeni inkişaf strategiyasını müəyyənləşdirir, bizim birliyimiz, birgə layihələrimiz və energetika sektorunda, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə başlanmış əməkdaşlığımız digər sahələrə də təsirini göstərir və bu tendensiya həm Azərbaycan, həm də Gürcüstan prezidentləri tərəfindən dəstəklənir.
Yekunda Gürcüstan Prezidenti Azərbaycana gəlişindən böyük məmnunluq duyduğunu bir daha vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17

