/ / Prezident İlham Əliyev Bakının Fizuli və Mirzağa Əliyev küçələrinin arasında yaradılan yeraltı avtomobil dayanacağında, park, bağ və fəvvarələr kompleksində inşaat işlərinin gedişi ilə tanış olub
Prezident İlham Əliyev Bakının Fizuli və Mirzağa Əliyev küçələrinin arasında yaradılan yeraltı avtomobil dayanacağında, park, bağ və fəvvarələr kompleksində inşaat işlərinin gedişi ilə tanış olub
30.12.2012 [13:28]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Bakının Fizuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında yeraltı avtomobil dayanacağında, park, bağ və fəvvarələr kompleksində inşaat işlərinin gedişi ilə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tikintinin layihəsi əsasında dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Paytaxtın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur, tıxacların aradan qaldırılması ilə bağlı əsaslı işlər görülür. Paytaxtın Fizuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında yeraltı avtomobil dayanacağının və park kompleksinin inşası tıxacların aradan qaldırılması və əhalinin rahat gediş-gəlişinin və istirahətinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir.
Diqqətə çatdırılıb ki, kompleksin birinci və ikinci mərtəbələrində yeraltı avtomobil dayanacağı, üçüncü mərtəbədə isə bu infrastrukturu fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün ayrıca yarımstansiya quraşdırılacaq. Yanğınsöndürmə hovuzu və avadanlığı, avtomobil qazlarının təmizlənməsini idarə edən qurğular və işçilərin xidməti otağı da üçüncü mərtəbədə yerləşəcək. Bu mərtəbədə, eyni zamanda, dayanacağın üstündə salınacaq parkdakı fəvvarələrin texniki stansiyaları, parkın suvarılması üçün nəzərdə tutulan su anbarı yerləşəcək. Yeraltı dayanacaq 4 minə yaxın avtomobil üçün nəzərdə tutulub. Burada indiyədək ümumilikdə 205 min kvadratmetr sahədə inşaat işləri görülüb.
Məlumat verilib ki, avtomobil dayanacağında yanğın təhlükəsizliyi ilə bağlı 31 əlavə giriş-çıxış olacaq. Dayanacaqda bütün texniki xidmətlər ən müasir standartlara cavab verəcək. Dayanacağın üstündə isə sahəsi 70 min kvadratmetr olan park, bağ və fəvvarələr kompleksi yaradılacaq. Kompleksə əhalinin rahat və təhlükəsiz gediş-gəlişi üçün 7 yeraltı piyada keçidinin inşa olunacağı qeyd edilib.
Bildirilib ki, yeraltı dayanacaqdan park, bağ və fəvvarələr kompleksinə qalxmaq üçün 14 lift və 30 eskalator quraşdırılacaq. Əlillər üçün də əlavə 10 eskalator quraşdırılacaq. Kompleksin yaxınlığında - Fizuli küçəsindəki 39 nömrəli yaşayış binası tarixi memarlıq nümunəsi olduğu üçün sökülmədən 11 metr arxaya sürüşdürüləcək. Ağırlığı 18 min ton olan bu tarixi memarlıq nümunəsinin sürüşdürülməsini Hollandiyanın “Bressel” şirkəti həyata keçirəcək. Kompleksin ətrafındakı binalarda və ərazilərdə əsaslı abadlıq-quruculuq işləri də görüləcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

