Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyanın Baş naziri ilə görüşü olub
17.01.2013 [02:29]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 16-da Sloveniya Respublikasının Baş naziri Yanez Yanşa ilə təkbətək görüşü olub.
Dövlətimizin başçısı Sloveniyanın Baş naziri Yanez Yanşa ilə NATO-nun Çikaqo sammiti zamanı görüşünü və ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı apardığı müzakirələri məmnunluqla xatırlayıb. Azərbaycan ilə Sloveniya arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayan Prezident İlham Əliyev Yanez Yanşanın ölkəmizə səfərinin uğurlu olacağına, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığımızın genişləndirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması işinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Baş nazir Yanez Yanşa böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin iqtisadi əlaqələrimizin genişləndirilməsi baxımından önəmini qeyd edib. Bakıda təşkil olunacaq Azərbaycan-Sloveniya biznes forumu zamanı əməkdaşlığımıza dair imzalanacaq sazişlərin əhəmiyyətini vurğulayan Baş nazir ikitərəfli əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu qeyd edib.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.
Dövlətimizin başçısı Azərbaycan ilə Sloveniya arasında ikitərəfli münasibətlərin siyasi və beynəlxalq əməkdaşlıq sahələrində razılıq doğurduğunu deyib. Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına göstərdiyi dəstəyə görə Sloveniya hökumətinə minnətdarlığını ifadə edib, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin əhəmiyyətini vurğulayıb. İkitərəfli münasibətlərimizin genişləndirilməsində iqtisadi əməkdaşlığın vacib rol oynadığını deyən Prezident İlham Əliyev birgə iqtisadi fəaliyyət, investisiya qoyuluşu və digər sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların araşdırılmasının zəruriliyini qeyd edib.
Sloveniya Respublikasının Baş naziri Yanez Yanşa Prezident İlham Əliyev ilə NATO-nun Çikaqo sammiti zamanı əlaqələrimizin inkişafı ilə bağlı apardıqları müzakirələrdən sonra ölkələrimiz arasında bütün razılaşmaların həyata keçirilməsindən məmnunluğunu ifadə edib. Baş nazir ölkəsinin Azərbaycanın regiondakı mövqeyini çox yüksək qiymətləndirdiyini deyib. Yanez Yanşa Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətinin önəmini də vurğulayıb. Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcud olduğunu qeyd edən Baş nazir öz növbəsində iqtisadi sahədə əlaqələrimizi genişləndirməyin vacibliyini vurğulayıb. İş adamlarından ibarət böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin əhəmiyyətinə toxunan Baş nazir iqtisadi əlaqələrimizin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu qeyd edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18

